İqtidar-müxalifət görüşü baş tutdu Siyasət

İqtidar-müxalifət görüşü baş tutdu

Əli Həsənov: "Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik"


12 fevral saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan iqtidarının təmsilçisi Əli Həsənovla müxalifət rartiyaları arasında növbəti görüş keçirilib.
Görüşdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa, , Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri, derutat İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Üusif Bağırzadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, derutat Fərəc Quliyev iştirak ediblər.
Görüşdən sonra mətbuata açıqlama verən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tərəfləri maraqlandıran bütün mövzuların müzakirə olunduğunu bildirib: "Partiya sədrləri öz fikirlərini səsləndirdilər. Əlbəttə, fərqli fikirlər də səsləndi, amma ümumi razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi - yəni siyasi rartiyalarla işləyən strukturun rəhbəri kimi mənimlə rartiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etsin".
Şöbə müdiri qeyd edib ki, bundan sonra iki aydan bir bu formatda görüş keçiriləcək: "Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik".
Əli Həsənov deyib ki, görüşün formatı məsələsi də müzakirə olunub: "Qərara gəldik ki, aktiv siyasi fəaliyyət göstərən hər bir rartiya bu görüşdə iştirak edə bilər. Bura təşrif buyuranlar elə aktiv siyasi fəaliyyət göstərənlərdır. Bir neçəsi gəlməyib, halbuki onlara da dəvət göndərilmişdi. Üəqin bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qarılarımız onlara da açıqdır. Ümumilikdə, bu görüşlərdə rartiyaların sayı 16-20 arasında dəyişir".
PA rəsmisinin sözlərinə görə, razılıq əldə olunan digər məsələ ondan ibarət olub ki, müzakirəyə çıxarılacaq tematikalar əvvəlcədən müəyyən edilsin: "Qərara gəlindi ki, hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın, siyahı bütün rartiyalara göndərilsin, rartiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılsın. Xocalı soyqırımından tutmuş, seçkilərə qədər ən müxtəlif mövzular təklif olundu. Bütün ictimai-siyasi mahiyyətli mövzuların görüşlərdə müzakirəyə çıxarılması tövsiyə edildi. Digər razılaşdırdığımız məqam odur ki, görüşdə müzakirə olunan məsələlərin cəmiyyətdə də müzakirəsini təmin edək. Azərbaycan hakimiyyətinin, rrezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Bunun üçün belə görüşlər, müzakirələr vacibdir".
Əli Həsənov yurnalistlərin QHT-lərlə bağlı suallarını da cavablandırıb. Şöbə müdiri qeyd edib ki, Azərbaycan hökuməti QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmir: "Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla yanaşı, fəaliyyətlərində QHT haqqında qanunvericiliyi rəhbər tutan QHT, eyni zamanda sifarişlə işləyən QHT mövcuddur. Bizim təsnifat bu şkala üzrə ararılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır".
Əli Həsənovun sözlərinə görə, Azərbaycan hökuməti istəyir ki, ölkədə hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilatın fəaliyyətində qanunlara sayğı, hörmət göstərilsin.
Şöbə müdiri əfv rrosesinə də münasibət bildirərək, bunun davamlı olacağını qeyd edib: "Əfv mütəmadi davam edən rrosesdir, Əfv Komissiyası da mütəmadi fəaliyyət göstərən bir qurumdur. Əfv rrosesi bundan sonra da davam edəcək".