Tomas de Vaal müharibə olacağını deyir Siyasət

Tomas de Vaal müharibə olacağını deyir

"Ölkənin hüquqi ərazisinin 14 faizini təşkil edən torpaqları geri qaytarmağa Azərbaycanın daha çox stimulu var". Bu barədə məşhur araşdırmaçı jurnalist, Karnegi Fondunun analitiki Tomas de Vaal son məqaləsində bildirib.
Analitikin sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən gələn siqnallar daha həyəcanlıdır. "Yanvar təmas xəttində adətən sakit ay sayılır, amma bu il 12 nəfər həlak olub və 18 nəfər yaralanıb", - deyə de Vaal bildirib.
Onun sözlərinə görə, qoşunların təmas xəttində istənilən yanlış hesablama müharibəyə səbəb ola bilər. De Vaal Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan helikopterini xatırladıb. "Görünür, helikopter Azərbaycan mövqelərinə hücum etməyib, amma tərəflərin razılaşdığı qeyri-rəsmi beş kilometrlik qadağan zonasına daxil olub", - deyə vurğulayın Tomas de Vaal qeyd edib ki, həmin toqquşmanın Ermənistan və Azərbaycan qoşunlarının bütün təmas xəttini əhatə edəcək.
Tomas de Vaalın qənaətincə, "əgər münaqişə yenidən alovlansa, bu, Ermənistan və Azərbaycan arasında tammiqyaslı müharibəyə çevriləcək".