Fransa işğalçıya açıq dəstək verməkdə davam edir Layihə

Fransa işğalçıya açıq dəstək verməkdə davam edir

Ermənilərin “Milli-demokratk qütbü” adlı siyasi təşəbbüs qrupu Fransa prezidenti Emmanuel Makrona məktub ünvanlayaraq fransalı, yaxud beynəlxalq sülhməramlılar kontingentinin Ermənistanın cənub sərhədlərinə, daha dəqiq desək, Mehriyə yerləşdirilmələrini istəyiblər.
Bununla bağlı Rusiya politoloqu İqor Korotçenko “Kavbyuro” teleqram kanalına müsahibə verib və qeyd edib ki, Paris destruktiv mövqedə dayanıb və sülhməramlıların həmin ərazilərdə yerləşməsi mümkünlüyü neqativ xarakter ala bilər.
“Hazırda Paris Rusiyanı “dqr” adlandırılan hansısa qalıqların legitimləşdirilməsinə doğru çəkməyə çalışır ki, bu qalıqlara yuridik status qazandıra bilsin”, deyən Korotçenko bildirib ki, regionun blokadadan çıxarılması və Zəngəzur dəhlizinin yaradılması regionu tamamilə dəyişir, ona görə də indi Paris Rusiyanı Zəngəzurdan itələyərək çıxarmağa cəhd edir: “Region üçtərəfli bəyanatın nəticələrinə əsasən blokadadan çıxarılmalıdır ki, iqtisadi layihələrin icrasına başlanılsın. İndi üçtərəfli bəyanatın sürünən reviziyasının cəhdi gedir, Fransa bu məsələdə maraqlıdır, belə ki, Ermənistanda fransapərəst radikal qüvvələr fəallaşırlar. Məhz onlar ilk olaraq “Bura sizə Armavir deyil” tipli anti-Rusiya aksiyalarını başlatdılar, sonra isə biz görürük ki, hansısa partiyalar fransalı sülhməramlıları Zəngəzura dəvət edirlər. Bütün bunlar bir zəncirin düzülüşüdür”, Korotçenko məsələyə münasibətini açıqlayarkən deyib.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə bildirib ki, Fransa bizi “heyrətləndirməyə” davam edir. Amma əlbəttə ki, söhbət pis mənada heyrətləndirməkdən gedir: “Biz əvvəlcə Fransa Senatının sədri Jerar Larşenin geniş nümayəndə heyəti ilə Ermənistana 3 günlük rəsmi səfəri zamanı Azərbaycana qarşı qərəzli açıqlamarla çıxış etməsinin, absurd ittihamlar irəli sürməsinin şahid olduq. Bunun ardınca isə Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycana qarşı haqsız mövqe nümayiş etdirdi. Belə ki, F.Pupponin 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini terrorçu, diversant adlandırmaq əvəzinə, “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsini Fransa qanunverici orqanına təqdim edib. İstər Jerar Larş, istərsə də Fransua Pupponin heç şübhəsiz ki, erməni diasporasının pulları hesabına danışır. Onlar siyasətə biznes kimi yanaşır və "erməni məsələsi"ndən də ilk növbədə öz şəxsi rifahlarını yaxşılaşdırmaq məqsədilə istifadə edirlər. Fransa parlamentariləri üçün mənəvi dəyərlər artıq çoxdan arxa plana keçib. Onların rəsmi Bakının 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvlərinin hərbi əsir olmadıqlarını dəfələrlə bəyan etməsini qulaqardına vurması da məhz bundan irəli gəlir. Fransalı siyasətçilər sanki qəsdən Azərbaycan həqiqətlərini iqnor etməyə çalışırlar”.
Ən maraqlı məqamlardan biri də budur ki, Jerar Larşe kimi qeyri-obyektiv şəxslər bir tərəfdən Azərbaycana qarşı ittihamlar yağdırır və qondarma erməni "hərbi əsir"lərinin hüquqlarının pozulmasından dəm vururlar, ancaq digər tərəfdən isə torpaqlarmızın 30 ilə yaxın işğal altında saxlanmasına, məscid və qəbristanlıqlarımızın ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasına, tarixi abidələrimizin məhv edilməsinə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, əsir götürülmüş azərbaycanlıların üzə çıxarılmamasına, minalanmış ərazilərin xəritələrinin verilməməsinə isə heç bir münasibət bildirmək istəmirlər. Bu da onların "ikili standartlar"la hərəkət etməsini göstərir: “Əslində bütövlükdə Fransa dövlətinin hazırki siyasəti büsbütün "ikili standartlar" üzərində qurulub. Ədalətsizlik və qərəzlilik Makron Fransası üçün "norma"ya çevrilib. Ədalət prinsipinə sadiqliyini qoruyub saxlaya bilməyən, neytral mövqedən kənarlaşan bir ölkə hansı haqla ATƏT-in Minsk Qrupunun həmsədri ola bilər? Fransa bu haqqı çoxdan itirib. Hazırkı mövqeyi ilə Fransanın həmsədr olmağa nə mənəvi haqqı, nədəki siyasi əsası yoxdur. Odur ki, Fransa təcili surətdə həmsədrlikdən uzaqlaşdırılmalıdır. Bu Azərbaycan üçün olduqca prinsipial məsələdir”.
Yeri gəlmişkən, sən demə, bu yaxınlarda parlamentdə Azərbaycanı təcavüzkar ölkə kimi təqdim etmək təşəbbüsü ilə çıxış edən fransız millət vəkili Fransua Pupponi mafiya dairələri ilə bağlı imiş...
33 fransız millət vəkili BMT qətnamələrinə və Azərbaycanın yeddi rayonunun işğalını qınayan bütün dünya ictimaiyyətinin vahid mövqeyinə baxmayaraq, erməni diasporu tərəfindən dəstəklənən Pupponinin təşəbbüsünü bəyənib.
Bununla yanaşı, Fransa KİV-də qalmaqallı Pupponinin Avropada kriminal dairələrlə əməkdaşlığını göstərən materiallar üzə çıxıb. Məlum olub ki, Korsika sakini Parisin yaxınlığında yerləşən Sarsel bələdiyyəsinin meri olduğu illərdə onu mafiya ilə əlaqəsinə görə ifşa ediblərmiş. Keçmiş vergi inspektoru Pupponinin adı, uğrunda korsikalı mafiya klanları arasında şiddətli mübarizənin başladığı Parisdəki qumarxana Cercle Wagram-la bağlı qalmaqallı işdə də hallanıb. Demə, kazino eks-meneceri, həmyerlisi və mafioz Filip Terrasoni ilə Fransua Pupponini çoxdanın dostluğu bağlayırmış...
Pupponi qanunvericilik Məclisinə seçkilərdə qalib gəldiyi zaman Parisin gecə klublarından birində merin şərəfinə şadyanalığı məhz Terrasoni təşkil edibmiş. Həmin məclis, oradakılara Cercle Wagram işçiləri tərəfindən xidmət göstərilməsi nəzərə alınmaqla, sonradan istintaqda böyük maraq doğurmuşdu.
Daha sonra Pupponi qəsbkarlıqda, pulların yuyulmasında və Korsika cinayət dünyasının bir hissəsi olmaqda günahlandırıldı. Onun ofisi və evi axtarışa məruz qaldı.
Qərargahının keçmiş rəhbəri Kristof Vedrun da Pupponinin Korsika mafiyası ilə əlaqəsini təsdiqləyərək millət vəkilinə qarşı ifadə verib. Digər məsələlərlə yanaşı, deputat səlahiyyətlərindən sui-istifadə edərək, ona yaxın olan cinayətkar təşkilatın planlarına mane olan insanlara təzyiq göstərirmiş...
Bu ittihamlara görə, Pupponi, Sosialist Partiyasından Fransa prezidentliyinə namizədliyini irəli sürən Martin Obrinin qərargahını tərk etmək məcburiyyətində qaldı. Pupponi qərargahda təhlükəsizlik məsələlərinə cavabdeh idi.
Düzdür, Pupponi öz əlaqələrindən istifadə edərək, məhkəmədən qaçmağa müvəffəq oldu. Amma Cercle Wagram işi üzrə müttəhimlər kürsüsündə 10-dan çox adam oturdu. Kazinonun özü isə bağlandı...
Ermənilərin Fransaya ağız açması dönəmində Rusiya XİN rəhbəri Lavrovun Azərbaycan və Ermənistana səfəri planlaşdırılıb. Lavrovun bura gəlməkdə məqsədi nədir?
Politoloq Məhəmməd Əsədullazadə qəzetimizə verdiyi açıqlamasında deyib ki, Rusiya XİN rəhbərnin Bakıya səfərindən öncə Yereavan gedəcəyi gözlənilir: “Lavrovun bu səfəri Rusiyanın Cənubi Qafqazda öz gesosiyasi mövqeyini möhkəmlətməyə, həmçinin yeni təkliflərlələ bağlıdır. Qeyd edim ki, ABŞ Dövlət katibinin Azrbaycanın Prezidentinə zəngi və Türkiyənin regionda artan rolu Kremli ciddi təkliflərlərlə Lavrovu regiona göndərir. Lavrov elə bir təkliflə gələcək ki, buna Azərbaycanın razılıq verməsi gözlənilmir. Bundan əlavə, Rusiya Qarabağda sülhmərmlı missiyasında konkret olaraq Azərbaycana qarşı destriktiv siyasət aparır. Azərbaycan Lavrovun bu səfərindən “İsgəndər”lə bağlı izahat tələb etməlidir. Hər halda Lavrov “İsgəndər”lə bağlı Azərbaycana izahat verməyəcək. Bundan əlavə, ola bilsin ii, Minsk qrupunun işini bərpa etməyə çalışırlar. Rusiya çalşır ki, Türkiyənin fəaliyyətini zəiflətsin. Ümumiyyətlə, Rusiyanın Qarabağla bağlı təkliflərinə getmək olamz. Bundan əlavə, ola bilər ki, Lavrov Avrasiya İttifaqlna Azərbaycanı qəbul edilməsi üçün təkliflər irəli sürüəcək. Qeyd edim ki, Minsk qrupunun bərpasına icazə vermək olmaz. Münaqişə bitib, Rusiya çalışır ki, ermənilərin statsu məsləsini qabartsın. Bu istiqamətdə danışıqlar getsin. Ona görə də burada maraqlı tərəfdir. Ümumiyyətlə Minsk qrupunun bərpası Azərbaycanın əleyhinə olan bir porsesdir. Qəti şəkildə buna razılıq verməz olmaz”.
Politoloq bu məsələdə bir qədər haşiyəyə çıxıb. Bildirib ki, ABŞ -ın İranla başlatdığı nüvə danışıqları prosesində tərəflərin ortaq məxrcə gəlməsi mümükndür. Çünki, İran rəhbərliyi, xüsusilə Ali dini rəhbər S.Ə.Xamneyinin birbaşa razılığı ilə bu danışıqlar başlayıb. İran bu danışıqlara ehtiyac duyur və ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün sanskiyaların yumuşalmasına çalışır. Çünki, getdikcə ölkədə infilyasiya inkişaf edir. Hazırkı prosesdə İranla növbəti dəfə nüvə anılaşmasına Rusiya mane olmağa çalışır. Ona görə də İran XİN rəhbəri Cavad Zərifin Rusiya nüvə sazişinə qarşı çıxmaqla bağlı səs yazısı mətbuata məqsədli şəkildə ötürüldü: “Məlum oldu ki, nüvə danışıqlarında təmsil olunan Rusiya üzdə anlaşmanı dəstəkləsə də, arxa fonda İrana təzyiq edir ki, anlaşmaya getməsin. Rusiyanın bu siyasəti Qarabağ danışıqlarında ABŞ həmsədrinin Rusiyanın həmsədrinə verdiyi sualı xatırladır. Demək, Rusiya tərəfi "Lavrov planı" hazırlayır. Pinsipcə Azərbaycan və Ermənistan bu planı dəsətəkləycəksə, sülh əldə edilir . Amerikalı həmsdr deyir ki, Rusiyalı həmsədrdən soruşdum ki, Azərbaycan və Ermənistan bu planı dəstəkləsə, Rusiya razılıq verəcəkmi sülh olsun. Rusiyalı həmsədr deyib, xeyr. Göründyü kimi Rusiya masada bir təklif verir, arxa planda verdiyi təklifə qarşı çıxır. Rusiyanın beynəlxalq siyasətdə və tərəfdaşlarla izlədiyi siyasət bundan ibarətdir. Qarabağda sülhməralı missiya adı altında gəliblər, konkret şəkildə Azərbaycana qarşı separtizmi inkişaf etdirirlər və ölkəmizin suverenliyini təhdid edirlər. Ona görə də Rusiyanın hazırkı siyasəti onun beynəlxaql tədriciə gətirəcək. Azərbaycan Rusiya ilə məsafəli davaranmlı və Türkiyə ilə sıx işləməlidir. ABŞ -la İran nüvə anlaşmasına gəldikdən sonra, Rusiyaya qarşı sanksiyalar daha da genişlələnəcək. Hətta neft və qaz alışı dayandırla bilər. Əvəzində İrandan neft-qaz alınması mümkündür. Regionda çox ciddi gərgin proseslər gedir. Azərbaycan təhdidlərə hazır olmalı, Türkiyə ilə öz hərbi imkanlarını dərinləşdirməlidir”.

Cavid