Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
27 Mart 11:39
4 711
Azərbaycan Qazaxıstan Prezidentinin beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir
Qazaxıstanın Azərbaycandakı səfirliyindən xalqcebhesi.az-a verilən məlumata görə, bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayelin Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev ilə görüşündə bildirilib.
Həmsöhbətlər ekoloji gündəlik, Xəzər dənizinin ekosisteminin qorunması, qarşıdan gələn birgə tədbirlərə hazırlıq və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşəbbüslərə qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Alim Bayel bir daha Azərbaycan tərəfini 22–24 aprel 2026-cı il tarixlərində Astana şəhərində keçiriləcək Regional Ekoloji Zirvə Görüşünün işində fəal iştirak etməyə dəvət edib. Zirvə Görüşü çərçivəsində Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək. Tərəflər görüşün Xəzər dənizinin akvatoriyasında vahid regional ekoloji təhlükəsizlik sisteminin yaradılması yolunda mühüm addım olacağına ümid etdiklərini bildiriblər.
Səfir A. Bayel həmçinin həmsöhbətinə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin BMT sistemi çərçivəsində tamhüquqlu su təşkilatının yaradılması təşəbbüsü barədə məlumat verib. M. Babayev, Azərbaycan Respublikasının Qazaxıstan liderinin bu təşəbbüsünü tam şəkildə dəstək verəcəyini və bunu qlobal iqlim çağırışları şəraitində su ehtiyatlarının idarə olunması sahəsində yığılıb qalmış problemlər kontekstində son dərəcə aktual hesab etdiyini bildirib. Azərbaycan Prezidentinin Nümayəndəsinin sözlərinə görə, bu gün su problemlərinin təkcə ekoloji xarakter daşımadığı, həm də təhlükəsizlik və iqtisadiyyat məsələlərinə birbaşa təsir etdiyi üçün bu təşkilatın yaradılması çox vaxtında atılan addım olar.
M. Babayev, Astana və Bakının ətraf mühitin mühafizəsi və iqlim məsələlərində səylərinin sinerjisi yalnız iki ölkənin milli maraqlarına cavab vermədiyini, həm də bütövlükdə Xəzər regionunun davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Ümumilikdə, həmsöhbətlər Qazaxıstan–Azərbaycan münasibətlərinin inkişaf dinamikasını yüksək qiymətləndirib, həmçinin ekologiya sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsində qarşılıqlı marağını təsdiqləyiblər.
Cavid