İranın Kanadada casusluq şəbəkəsi ifşa edilib Güney Azərbaycan

İranın Kanadada casusluq şəbəkəsi ifşa edilib

Kanadada İran İslam Respublikasına casusluq edən bir şəbəkənin 2 üzv ifşa edilərək tutulub. Son günlərdə Kanada polisinin keçirdiyi əməliyyat nəticəsində ölkənin bir sıra gizli və həssas sirlərini toplayaraq İran İslam Respublikasına ötürən pasport idarəsinin bir işçisi və Kanada polisinin bir əməkdaşı cinayət başında tutulub.
Kanada rəsmilərinin bildirdiyinə görə, həmin şəxslər gizli məlumatlar toplayaraq Ariyan Azərbər adlı bir şəxsin vasitəsilə Tehrana ötürüblər. Kanada hökumətinin açıqlamasına görə, üzdə ticarətlə məşğul olan və biznesmen adı altında fəaliyyət göstərən İranəsilli Ariyan Azərbərin bütün hərəkətləri aylardan bəri təhlükəsizlik qüvvələri tərəfindən izlənib və o cinayət başında yaxalanıb.
Saxlanan digər iki şəxsin kimliyi və onların konkret hansı sahə və ya mövzularla bağlı məlumat topladığı açıqlanmayıb.