Lavrov Zərifə vəd verdi Dünya

Lavrov Zərifə vəd verdi

"İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planının icrasına başlanacaq"


"Hesab edirik ki, yaxın həftələrdə İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planının icrasına başlanacaq".
Bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada iranlı həmkarı Cavad Zəriflə keçirdiyi görüşün yekunları ilə bağlı danışarkən bildirib.
"Bu plan İranın sülhyönümlü nüvə fəaliyyətlərini həyata keçirməsinə imkan verməklə yanaşı, həm də regionda etibarını gücləndirəcək, regional səviyyədə iqtisadi, siyasi münasibətlər yolundakı maneələrin aradan qaldırılmasını təmin edəcək" - deyə rusiyalı nazir əlavə edib.

Sergey Lavrovun sözlərinə görə, Moskva və Tehran arasında 8 atom blokunun tikintisi ilə bağlı əldə olunan razılaşma İranın energetikasını gücləndirəcək.
Suriyadakı vəziyyətdən danışan Lavrov Rusiyanın Suriya ilə bağlı mövqeyinin dəyişmədiyini və suriyalıların öz taleyini xarici müdaxilə olmadan həll etməli olduqlarını bildirib: "Bizim İraq və Yəmənlə bağlı mövqeyimiz də eynidir. Biz məsələnin dialoq çərçivəsində həll edilməsinin tərəfdarıyıq".
Naziri sözlərinə görə, görüşdə iki ölkə arasında istisadi-ticari əməkdaşlığa dair komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçinin viza rejiminin sadələşdirilməsi və hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub.
Cavad Zərif Sergey Lavrovu İrana dəvət edib.