Müzakirə üçün yığılırlar Dünya

Müzakirə üçün yığılırlar

BMT-nin yubiley sessiyasından nə gözləmək olar?

Cavid

BMT Baş Assambleyasının sayca 70-ci sessiyası öz işinə başlayıb. Məmurlar və siyasətçilər belə rəqəmləri sevir, bu səbədən də tədbirdə çox sayda dövlət başçısı iştirak edib. Assambleyada Vladimir Putin də çıxış edəcək. Onun nitqi sentyabrın 28-nə planlaşdırılıb. Bir qayda olaraq açılış zamanı böyük vədlər verilir və bunun nəticəsi bir qədər sonra məlum olur. "Lenta.ru" mətbu orqanı budəfəki sessiyanı araşıdıraraq dünya ictimaiyyəti üçün gündəmdə olan mövzular haqda müzakirələr aparıb. BMT-nin yubiley sessiyası adi vətəndaşlarda olduğu kimi məmurlarda da böyük maraqla qarşılanır. Onlar çalışır ki, əsas və vacib qərarlar məhz bu yubiley rəqəmlə bağlı olsun. Bir sıra dövlət başçıları adi sessiyaları təkzib etsələr də, yubiley sessiyalarda iştrak edirlər. Misal üçün Vladimir Putin BMT-nin tribunasında düz 10 il bundan qabaq çıxış edib. Tədbirin 60 illiyində. Əsas müzakirələr başlamazdan əvvəl, sentyabrın 25-dən 27-nə qədər Davamlı İnkişaf sammiti keçiriləcək. Harada ki, baş katib "Minilliyin inkişaf hədəfi" proqramı üzrə müzakirələr aparacaq. Bu sənəd BMT-nin 2000-ci ildə keçirilən sammiti zamanı qəbul edilib. Həmin vaxt BMT-nin tərkibində olan 193 ölkənin nümayəndələri və bir sıra beynəlxalq təşkilatlar qarşılarına müəyyən məqəsədlər qoymuşdular. Hansına ki, 2015-ci ilə qədər çatmaq lazım idi. Artıq hesabat vaxtıdır. Birbaşa desək yekun ürəkaçan deyl. Bütün istiqamətlərdə ümumi düşüş var: Aclıq və kasıbçılığın qarşısını almaq mümkün olmayıb, dünyada bütün uşaqlar üçün ilkin tədrisi təmin etmək mümkün olmayıb, Təhsil sitemində gender bərabərsizliyi hələ də qalmaqdadır, uşaq ölümlərini azaltmaq mümkün olmayıb, QİÇŞ-ın yayılmasını dayandırmaq mümkün olmayıb və s. Ümumiyyətlə hələ 2000-ci ildə bu problemlərin 15 ilə tam həll olunacağına inananlar az idi. Lakin tərəflər hesab edirilər ki, sözü gedən hadisələrin dəhşətli gözləntiləri ölkələri bu istiqamətdə az da olsa hərəkətə gətirəcək. Düzdü o vaxt heç kim ehtimal edə bilməzdi ki, bir müddət sonra ABŞ-da 11 sentyabr hadisələri baş verəcək, Bu ölkə Əfqanıstana daxil olacaq və Dünyanı iqtisadi böhran bürüyəcək. Lakin bununla belə, sözü gedən hadisələrin planlaşdırlıdığı kimi inkişaf edəcəyinə inanmaq sadəlövlük idi. Lakin ölkələrin inkişafı baxımından da böyük fərqlər var. Misal üçün Afrikanın cənubundakı acınacaqlı vəziyyət hələ də davam edir. Buna baxmayarq yenə də böyük dəyişiklikləri gözləməyə dəyməz. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da hədəflərə çatmağın çətin olduğunu bildirsə də, hədəflərin gündəmdən düşmədiyini də əlavə edib. Bu isə o deməkdir ki, "Minilliyin inkişaf hədəfi" qeyri müəyyən vaxta qədər təxirə salınıb. Bunun əvəzinə yeni məqsədlər qarşıya qoyulacaq. Lakin təfərruatlar haqda hələ ki, məlumat yoxdu. Sentyabrın 28-də Pan Gi Munun təşkilatın işi ilə bağlı məruzəsindən sonra oktyabrın 3-nə qədər davam edəcək ciddi müzakirələr dövrü yaranacaq. Ənənələrə əsasən əvvəlcə Braziliya prezidenti çxış edəcək. Ardınca Barak Obama. Daha sonra Polşa, Çin və İordaniya başçılarının nitqi dinlənəcək. Vladimir Putin siyahıda 6-cıdır. O Cənubi Koreya və İran rəhbərlərindən öncə çıxış edəcək. Lakin dəyişikliklər də ola bilər. Bəzən dəyişiklilər bir gün qalmış elan olunur. Baş Assambleya binasından liderin çıxışı dəyərli bir şeydir. Adətən siyasətçilər öz ölkələrindəki problemlər və onların həlli yollarından danışırlar. Ümumilikdə isə bu tribuna ölkəsindəki problemlər haqda Dünya ictimaiyətinə məlumat vermək üçün ideal yerdir. Nikita Xruşov və Fidel Kastro nun anoloji çıxışı tarixə düşüb. Baş assambleyanın tribunasında Yasir Ərəfat uzun siyasi yola qədəm qoyub. Onun 1974-cü ildəki çıxışı Fələstin həqiqətlərinin simvoluna çevrilib. Son illərdəki unudulmaz çıxışlar sırasına Uqo Çavesin və Mahmud Əhmədinecətin nitqini əlavə etmək olar. Birnicis Corc Buşu "Tiran" və "Şeytan" adlandırdı, ikincisi isə sionism və onun vasitəçilərini pislədi. Çətin ki, hazırkı sessiyada da belə atəşli çıxışlar olsun. Lakin Rusiya prezidentinin çıxışı unudulmaz ola bilər. Bu yaxınlarda Sergey Lavrov əsas mövzular ahqda məlumat verib: Terrorizmlə mübarizə, Ukraynadkı vəziyyət və Sanksiyalar. Lakin gündəmdə olan əsas məsələnin Terrorizmlə mübarizə olacağı sirr deyl. Təşkilatın saytında açıqlanan və gündəmdə olduğu güman edilən məsələlərə baxanda görürük ki, BMT üçün Sanksiyalar və Ukrayna o qədər də vacib deyl. Argentinanı daha çox Malvin adalarındakı problemlər narahat edir, harda ki, münaqişə gözlənilmir, Kuba hər zaman olduğu kimi, blokadadan narazıdır. Azərbaycanın əsas mövzusu – Dağlıq Qarabağ olacaq. Misirin ötürmələrinə əsasən demək olar ki, Yaxın şərqdə nüvədən təmzilənmiş zona yaradılacaq. Növbəti dəfə İsraili "Silahın yayılmaması müqaviləsi"nə qoşulmağa dəvət edəcəklər. Ukaryna ilə bağlı yeganə müzakirə "GUAM ölkələrinin təhlükəsiliyi" proqramına uyğun olaraq aparılacaq. Bu zaman münaqişənin Dünyavi sülhə təsiri haqda müzakirələr gedəcək. Misal üçün İsrael – Fələstin münqaişəsinə 6 mövzu həsr olunacaq. Əsas müzakirələr isə Afrika ilə bağlı və terrorizmlə mübarizə mövsusunda olacaq. Yaxın şərqdə terorizmin kökünü kəsmək təşəbüsü ilə hazırda BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusya çıxış edəcək. Ümumiyyətlə bu yığıncaqdan ciddi dəyişikliklərə səbə olacaq hadisə gözləməyə dəyməz. Təhlükəsizlik Şurasında islahatlar mövzusu böyük səs küy yarada bilərdi, lakin Assambleyada Şuranın əsas üzvlərindən olan Hidistanın çıxışı nəzərdə tutulmayıb. Lakin tədbirin yekunlarını qiymətləndirməmək olmaz. Dünya liderlərinin çıxşı bir sıra qlobal mövzuların yenidən baxılması ilə nəticələnə bilər. Gələcklə bağlı müəyyən qərarlar da veriləcək. Əsas mövzular isə qapalı qapılar araxasında aparılacaq. Bunun nəticələri haqda isə məlumatın növbəti ay veriləcəyi gözlənilir.