Avropa Birliyində 10 böhran Dünya

Avropa Birliyində 10 böhran

Cavid

Avropa İttifaqını bir-birindən asılı bir sıra böhranlar bürüyüb. Onlardan bəziləri institusionaldır. Digərləri obyektiv səbəblərə dayanır və göstərir ki, rəsmi Brüssel yeni təhlükələrlə bacarmır. Bəziləri isə idarəolunandır, haradakı ABŞ (Aİ-nın əsas hərbi, siyasi və iqtisadi tərəfdaşı) öz məqsədləri naminə böyük rol oynayır.
"Geopolitica" yazır ki, ümumi ərazinin yaranması ilə bağlı formalaşan Ruh yüksəkliyi və pafos açıq şəkildə tükənib. Xüsusən də, Aİ-nın əsas benefisiarları məlum olandan sonra (Almaniya və Fransa). Aİ-da müəyyən siyasi qərarlar demokratik dəyərlərə ziddir və bürokratiyanın genişlənməsinə şərait yaradır. Milli hökümətlərin suverenliyinin məhdudlaşdırılması, onların beynəlxalq arenadakı mövqeyini də zəiflədir. Əvvəllər Almaniya, Fransa və İtaliya kimi ölkələr güc mərkəzi olmağa əsas namizəd kimi göstərilirdilərsə, indi onların imkanları nəzərə çarpacaq dərəcədə zəifləyib. Ölkələrin zəifləməsi təkcə beynəlxaq arenadakı fikir ayrılığı ilə deyl, eyni zamanda daxili siyasətdəki qeyri-stabilliklə də müşahidə olunur. Misal üçün Almaniya bir vaxtlar Fransanın dəstəklədiyi "Aralıq dənizi birliyi" layihəsinə qarşı çıxmışdı. Bu da tərəflər arasındakı münasibətləri soyutmuşdu. Anoloji addımlar Aİ-nı zəif qüvvəyə çevirməkdədir. Əgər əvvəllər Avropa dünyada əsas güc və söz sahibi idisə, hazırda onların birləşmiş qüvvələri belə kifayət qədər ciddiyə alınmır.

İqtisadi böhran

Yunanıstanın Avrozonadan çıxma ehtimalı, eləcədə digər üzvlərin defolt təhlükəsi Aİ-da iqtisadi problemlərin göstəricisidir. Lakin Corc Sorosun qismində bir sıra yeni liberal baxışlar və məsləhətlər qabarmağa başlayıb. Aİ isə tam liberalizasiyadan ehtiyatlandığı kimi, balanslaşdırılmış bank sektoru idarə formasından da ehtiyatlanır. Bundan başqa Aİ Transatlantika ticarət əməkdaşlığına cəlb olunması təhlükəsi ilə də üz- üzə qalıb. Hansının ki, lobbiçiliyi ilə rəsmi Vaşinqton məşğuldur.
Avropa ictimaiyəti ABŞ-ın bu təşəbüsünə qarşıdır. Buna baxmayaraq qeyd olunur ki, beynəlxalq normalara və qanunlara əsasən, Aİ-nın məmurları ancaq danışıqlar aparmaq mandatına sahibdirlər. Lakin danışıqlar qapalı qapılar arxasında və rəsmi Vaşinqtonun təzyiqi çərçivəsində gedir. Bu azmış kimi, ABŞ-ın bir neçə dəfə Avropa qaydalarına zidd davranması ilə bağlı dəlillər var. ABŞ bu fəaliyyətini Lobbiçiliklə məşğul olan şirkətlər tərəfindən həyata keçirir. Bu şirkətlərin strukturu isə ABŞ-ın keçmiş dövlət məmurlarından formalaşdırılır.
Bəs Avropa İttifaqı "Transatlantik" şirkətinin təzyiqlərinə dözə biləcəkmi? Bu Aİ-da üzv olan dövlətlərin başçılarından çox asılıdır. Aİ-dakı makroiqtisadi göstəriciləri təhlil edərkən, Almaniyalı mütəxəssis Erik Zyusse İttifaqın "Transatlantik" şirkətinə qoşulması ilə bağlı belə bir yekuna gəlib. İlk 10 ildə razılaşmaya əsasən Avropanın ixracatı itkilərlə müşahidə olunacaq. Daha çox Şimali Avropa ziyan çəkəcək (2.07 %), Fransa (1.9%) , Almaniya (1.14 %) eləcə də Böyük Britaniya (0.95 %)
Razılıq ÜDM (Ümumi Daxili Məhsul) kəskin düşməsi ilə nəticələnəcək. Bu dəfə də daha çox Şimali Avropa zərər çəkəcək. Ümumi olaraq 0.5 %. Fransa (0.48%) , Almaniya (0.29%). Əmək gəlirlərində də azalma olacaq. Ən çox ziyan Fransaya dəyəcək. Bir nəfər işəqabiliyyətli adam üçün illik 5.500 avro, Şimali Avropa 4.800 avro, Böyük Britaniya 4.200 avro, Almaniya 3.400 avro.
Razılaşma iş yerlərinin məhdudlaşdırılması ilə nəticələnəcək. Aİ-da təxminən 600 min iş yeri bağlanacaq - Şimali Avropada 223 min, Almaniyada 134 min, Fransada 130 min, Cənubi Avropada 90 min.
Anlaşma dövlət gəlirlərinə də böyük zərbə vuracaq. Bu daha çox vergilərdə özünü əks etdirəcək. Bundan daha çox Fransa ziyan çəkəcək. Avropa ölkələrinin böyük əksəriyyətində 3%-lıq defisit müşahidə olunacaq.
Razılaşma maddi sıxıntılar və qeyri-stabilliklə müşahidə olunacaq. Eksport gəlirlərini, əhalinin qazancını və dövlət gəlirlərini azaldacaq. Bir sözlə, Obama tərəfindən yaradılan "Transatlantik ticarət əməkdaşlığı" Avropa üçün faciə ilə nəticələnəcək.

Avropada mədəniyyət böhranı

Aİ-nın ümumi ərazisinin formalaşdırılması ona gətirib çıxarıb ki, bu ideyanı dəstəkləyən bir sıra proqramlar yaradılıb. Məqsəd ittifaqa daxil olan ölkələrin birliyini təmin etməkdir. Lakin qədim tarixi ənənələrə və keçmiş Avropa mədəniyyətinə yönəlmək əvəzinə rəsmi Brüssel müasir model olan multikulturalizmi təbliğ edir. Bu modelin uğursuluğu haqda Fransa və Almaniya rəsmi şəkildə bəyanat da yayıb. Multikulturalizmi tənqidi isə İslamın Avropada yayılması və demoqrafik dis-balansla müşahidə olunur. Bunun nəticəsində təhsil sistemində də müəyyən problemlər yaranıb ki, bu da intelektual deqradasiya ilə nəticələnir. Nəticədə bu Avropanın antropoloji şəkilini dəyişəcək. Bunun əyani sübutu eynicinsli nigahların yayılamsıdır.

Hərbi – siyasi böhran

Ukrayna konflikti və Rusiya timsalındakı yalançı hədəf Aİ-nın hərbi islahatlara getməsinə səbəb olub. Daha doğrusu bu hadisələr Aİ-nı ABŞ-dan asılı vəziyyətə düşməyə vadar edib. NATO üzvü olan Avropa dövlətləri rəsmi Vaşinqtonun əmrlərindən asılı bir vəziyyətə düşüblər. 2015-ci ilin Fevral ayında hərbi-siyasi qrup Aİ-na müraciət edərək bildiriblər ki, İttifaqın bütün üzvləri hərbi təlimlərin keçirilməsini dəstəkləyir. Bu halda hərbi müdaxilələr də istisna edilmir.
Bu təklif nəticəsində, Aİ-ı yarana biləcək hərbi xərclərin tənzimlənməsi məqsədi ilə kod adı "Athena" olan qurumun fəaliyyətinə razılıq vermişdi. Əsas məqsəəd Aİ-nı təhlüksizlik mənbəsi kimi təqdim etməkdən ibarətdir. Qeyd edək ki, Aİ-nın hərbi fəaliyyəti daha çox İttifaqın sərhədlərindən uzaqda həyata keçirilir. Məsələn, Cibuti, Əfqanıstan, Somali, Setşel adaları, Tanzaniya, Konqo, Mali, Niger, Fələstin, Kosovo, Bosniya, eləcə də Gürcüstan və Ukrayna.
Martın 27-si analoji əməliyyatları həyata keçirmək baxımından maddi, kompensasiya və hesabat xarakterli məsələləri təmin edən qərar qəbul olunmuşdu. Belə bir bürokratik qərar reallıqla uyğun gəlmədiyi üçün ictimaiyyət tərəfindən qınaqla müşahidə olundu. İstək və mümküniyyət arasındakı dis-balans (xüsusən də maddi sferada) Aİ-da anoloji addımın atılmasını mümkünsüz etdi.

Mehriban qonşuluqda böhran

Avropanın qonşuluq siyasəti qədim tarixə malikdir. Bu zona ətrafındakı bufer zonalarla daima dostluq münasibətlərini qorumağa çalışır. Bəzi münasibətlər isə artıq siyasi – iqtisadi xarakter almağa başlayıb. Lakin bəzən qonşu dövlətlərdəki daxili vəziyyətin və təlabatın tam öyrənilməməsi müəyyən problemlərlə müşahidə olunub. Bunu xüsusən Şimali Afrika və Yaxın Şərq zonalarında müşahidə etmək mümkündür. Aİ daha çox yaxın ərazilərdə siyasi, iqtisadi və digər sahələrdə islahatların aparılmasına can atır ki, bu da reallaşdığı halda öz daxili bazrında fəaliyyət üçün müəyyən güzəştlər edir. Qarşılıq bəzən maddi və ya texniki yardımla da reallaşır.
Lakin rəsmi mənbələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, belə münasibətlərdə daha çox Aİ –ı xeyir görüb, nəninki onun qonşuları. Artıq qəbul olunub ki, Aİ-nın qonşu ölkələrdəki fəaliyyəti xəlvəti neo-müstəmləkəçilik formasıdır. Bunun nəticəsidir ki, bir sıra dövlətlər Aİ-nın təkliflərini rədd edib. Digər ölkələrdəki (Moldova, Ukrayna) analoji fəaliyyət isə müəyyən səbələrdən uğursuzluqla nəticələnib. Təbii ki, rəsmi Vaşinqtonun göstərişi ilə Rusiyaya qarşı təyin olunan sanksiyalar da, Avropanın qonşularına qarşı siyasətdə məsuliyyətsizliyinin bariz göstəricisidir.

Növbəti böhran – Miqrant problemi

Avropaya miqrant axını Aİ-nın Asiyada, Afrikada və Yaxın şərqdəki fəaliyyətinin nəticəsidir. Bundan başqa Afrikadan və Asiyadan gələn miqrantlar asimilasiyaya uğrayaraq artıq formalaşıb və yeni miqrantlarla Avropalılar arasındakı mövqedə dayanıblar.
Rəsmi Brüssel qanunsuz miqrantalrı Avropaya keçirən gəmilərin batırılması haqda qərar vermək səviyyəsinə qədər düşüb. Vaxtı ilə humanitar yardım və tolerantlıqla bağlı verilən bəyənatlar isə ikili standartlara xidmət edən ikiüzlülüyə çevrilib. Sorğu zamanı isə məlum olub ki, ictimaiyyət miqrantların axınına razı deyl. Nəticədə miqrantların qarşısının alınması ilə bağlı müəyyən addımlar atılır ki, bu da vəziyyəti onsuz da pis olan Yaxın Şərqi daha dərin səfilliyə yuvarlayır.

Enerji strategiyasındakı böhran

Rusiyaya qarşı təyin edilmiş sanksiyalar enerji siyasətində özünü kəskin əks etdirib. Rusiya tərəfindən güzəştlər gözləyən müəyyən tərəflər üçün bu addım enerji çatışmamazlığı ilə nəticələnib və milli maraqlara zidd olub. İqtisadi səmərə qazın istehsalından əldə oluna bilərdi. Lakin bəzi ölkələr, Avrokomisiyanın göstərişlərinə riayət etmək məcburiyyətində qalıblar.
Əslində isə belə bir qanun var ki, verilən qərarlar bütün Aİ –ı üzvlərinin maraqlarına xidmət etməlidir. Almaniyanın enerji siyasətinə həsr olunmuş İnstitutlarından birində qəbul edilmiş ümümi razılaşmada deyilir ki, "Enerji ittifaqı ilə bağlı mühakimə, Avro inteqrasiya simptomunun krizisi kimi təfsir edilə bilər". Enerji təminatındakı proqram və strategiya təkliflərinə baxmayaraq, mütəxəssislər bildiriblər ki, bu sahədə balans yaratmaq üçün praqmatik yanaşmaya ehtiyac var. Bu institutun Almaniya xarici siyasətini formalaşdırdığını nəzərə alsaq, onların təkilflərinin rəsmi Berlini ön sıraya çıxaracağını proqnozlaşdırmaq çətin deyl. Bütün baş verənlərə əsasən belə qərar gəlmək olar ki, Almaniya gələcəkdə ərazinin enerji ilə təminatı məsələlərini öz üzərinə götürmək niyyətindədir. Enerji seçimi ilə bağlı hələdə seçim etmək qüvvəsində olan ölkələr isə, Almaniyanın bu planı ilə bağlı geniş məlumatlara sahib olsalar, bu Aİ-da növbəti böhran və fikir ayrıseçkiliyi ilə müşahidə oluna bilər.
Belə bir təsəvvür yaranır ki, Avropa sakinlərinin siyasi yaddaşı çox qısadır. Onlar tez tez öz liderlərinin verdiyi siyasi vədləri unudurlar. Məsələn, 2003-cü ildə qərara alınmış "Tessaloniya deklarasiyası" hələ də qüvvəyə minməyib. Qərbi Balkan ölkələri artıq 10 ildir inkişaf etmiş və çiçəklənən əraziyə çevrilə bilmirlər. Əksinə ərazidəki ölkələrin bəzilərində vəziyyət qəlizləşib. Bunun günahı isə uzaqgörən siyasəti ilə seçilməyən Aİ-dir. Qəribə sələnsə də, yuxarıda qeyd etdiyimiz böhranlardan böyük əksəriyyətinin səbəbi Avropadakı siyasi liderlərin ideya cəhətdən kasadçılıq çəkmələridir.