İranda uşaqlar üçün hərbi düşərgə quruldu Dünya

İranda uşaqlar üçün hərbi düşərgə quruldu

İranın Məşhəd şəhərində "İnqilabın Uşaqları Üçün Müharibə" mövzusunu özündə əks etdirən oyun şəhərciyi qurulub.
Məşhəddə İran Uşaq və Gələcək Mədəniyyət Mərkəzi tərəfindən "İnqilabın Uşaqları Üçün Oyun Şəhəri" adlı bir park yaradılıb.
8-13 yaş arasındakı uşaqlara pulsuz olaraq xidmət verən parkda uşaqlar üçün dini-hərbi mövzularda oyunlar təşkil olunur.
12 hissədən ibarət olan parkda uşaqlara İran İslam inqilabının mesajları və inqilabçı düşüncənin aşılanması nəzərdə tutulur.
Parkın döyüş oyunlarına girməzdən əvvəl uşaqlara vəlayət-i fəqih və mehdiyyət düşüncəsi izah edilərək İranın ali dini lideri Xamneyinin əmrlərinə dair dərslər verilir.
Parka girdikləri anda hərbi forma geyinən uşaqlara tabe olmaları lazım olan qaydaları və əmrləri öyrədən komandir rolunda isə sadəcə bir nəfər onlara yoldaşlıq edir.
Girişdəki hissədən etibarən uşaqlar 1980-1988 İran-İraq müharibəsindən İranın bu gün Suriyada apardığı döyüşlərə və Səudiyyə Ərəbistanına qarşı apardığı mübarizəyə qədər böyük müharibə stimulyatorunun içinə düşmüş olur.
Uşaqlar plastik güllə və raketlərlə ABŞ və İsrail bayraqlarını, İŞİD-i və Səud ailəsinin heykəllərini hədəf alıb atəş açırlar.
Hücum taktikalarından sonra uşaqlara iranlılar şiələr üçün müqəddəs olan türbələrin müdafiəsi üçün izləyəcəkləri hərbi üsullar öyrədilir.
İran Uşaq və Gələcək Mədəniyyət Mərkəzinin direktoru Həmid Sadeghi bu cür park üçün çox müraciət daxil olduğunu və tələblərin bu şəkildə davam edəcəyi təqdirdə parkın fəaliyyət müddətini uzada biləcəklərini deyib.