ABŞ Avropanı tədbirlər görməyə çağırıb Dünya

ABŞ Avropanı tədbirlər görməyə çağırıb

ABŞ dövlət katibi Con Kerri Avropa ölkələrini Rusiya qazının istehlakını azaltmağa çağırıb.
APA-nın xəbərinə görə, C. Kerri bildirib ki, Avropa ölkələri enerji təchizatını şaxələndirərsə, enerji təhlükəsizliyini təmin etmək mümkün olar: "Biz birlikdə daha çox iş görməliyik ki, Avropa ölkələri enerji təminatında Rusiyadan asılı vəziyyətdə qalmasınlar".
Qeyd edək ki, ABŞ yaxın gələcəkdə Avropaya lazımi miqdarda təbii qaz ixrac edə biləcəyini açıqlayıb.