Kreml qlobal şahmat taxtasının altını üstünə çevirib Dünya

Kreml qlobal şahmat taxtasının altını üstünə çevirib

Rusiya dövləti müasir tarixdə öz yaşamını paradoks sayəsində sürdürür: zəifliyi – gücə, taktikanı – strategiyaya, istisnanı – qaydaya, məğlubiyyəti – qələbəyə, sivilizasiyalı düşməni – özü üçün həyatda qalma resursuna çevirir.
"American İnterest" yazır ki, biz Donlad Tramp dövründəki dünyanın necə görünəcəyini hələlik bilmirik, lakin Rusiya Federasiyası artıq ona həyatda qalma təminatı verəcək yeni paradoksların peyda olacağına böyük ümid bəsləyir.
Bəli, Tramp administrasiyası bəlkə də Rusiya hakimiyyət sistemi üçün manevr məkanını genişləndirəcək, amma tez və ya gec, amerikalılar Moskvaya problemlər yaradacaqlar. Kremlin buna reaksiyası isə dünya üçün görünməmiş və xoşagəlməz olacaq.
Postkommunist Rusiya sistemi daha bir paradoks kimi, uzun sürən tənəzzül şəraitində nadir dirçəliş qabiliyyəti nümayiş etdirir. Rusiya bunu özünün əsas ixtiraları sayəsində, yəni liberal sivilizasıyaya məxsus vasitələrdən istifadə etmək yoluyla öz həyatını sürdürür. Sovet İttifaqı zamanı o həmin liberal dünyanın qarşısını kəsirdi, sonradan önun standartlarını yamsıladı, indi isə Rusiya həm liberal dünya standarları ilə yaşayır və həm də ona qarşı çıxır.
Soyuq müharibədən sonrakı yuyulub getmiş postmodern normaları Rusiyanın yalan oyunları üçün ideal mühit olmuşdu. Qərb Rusiyaya yaxınlıq göstərməyə başladı. Rusiya isə özünü guya ki, Qərb dəyərlərinə hörmət edərmişcəsinə aparmağa başladı. Bir müddət elə təsəvvür yarandı ki, Rusiyanın sistemi Qərbi daxilindən dağıtmaqla, bu boz bulanıq zonada daimi qala bilər.
Postmodernizm – özünün ikili standartı, qanuni və qeyri-qanuni hüdudları arasında, yalan və doğru, hərb və sülh, prinsiplər və praqmatizmlə Rusiyanın sisteminin çiçəklənməsi üçün tam ideal bir mühitdir. Postmodern dünyasının siyasəti Rusiyanın üçlü modellə fəaliyyətinə imkan verdi: eyni anda Qərblə birgə olmaq (əlverişli olduğu təqdirdə onunla əməkdaşlıq etmək), Qərbin içində olmaq (Rusiya ranye sinfinin Qərb cəmiyyətinə inteqrasiya olunması) və Qərbə qarşı olmaq (Rusiya cəmiyyətini Qərb təsirindən təcrid etmək üçün).
Putin Qərb liderlərindən daha çox postmodernistdir. Əgər Yurqen Habermas özünün məşhur "Modernizm və postmodernizm"əsərinin ardını yazsaydı, onda yəqin ki, Vladimir Putini bu trendin təcəssümü adlandırardı.
Rusiya Qərbin resurslarından və zəifliyindən istifadə edərək, öz parçalanmasını dayandırmağın öhdəsindən gəlməklə və dayanıqlılıq görüntüsü yaratmaqla liberal nizamın və qloballaşmanın xeyir götürən tərəfi oldu.
2004-cü ildən Rusiya siyası rejiminin inadkarlığı artdı, amma bu heç nəyi dəyişmədi. Qərb cəmiyyəti Moskvanı düşmən deyil, əvvəlki kimi tərəfdaş görmək istədi. Obama administrasiyası Moskva ilə münasibətlərdəki gərginlik yükünü azaltmağa cəhd edərək, Rusiyanın təhlükəli ənənələrindən Qərbin yan keçəcəyinə hazır olduğunu təsdiqlədi. Moskva ilə əməkdaşlıq davam etdi və bu ölkənin daxilindəki avtoritarlığı görməməyə çalışdılar. Krımın ilhaqı həmin mövcud münasibətin haradasa ideal görünən formulunu dağıtdı. Qərb buna reaksiya vermək məcburiyyətində qaldı (könülsüz olsa da). Rusiya cavab kimi anti-Qərb səfərbərliyinə baş vurdu.
Kreml qlobal şahmat taxtasının altını üstünə çevirib. Rusiya üçün xeyirli olan Qərblə münasibətlərə son qoyulub. Bu qəribə və irrasional görünə bilər, ancaq bunun özünəməxsus məntiqi izahı var. Moskva dalana dirənib: bir tərəfdən Kreml Ukraynanın Qərbə qaçmasına imkan verə bilməz, çünki bu onun böyük dövlət statusuna xəllə gətirir və zəiflik kimi qiymətləndirilər; digər tərəfdən isə Kreml Qərblə qarşıdurmadan qaçmağa cəhd göstərib. Krımın ilhaqına qərar verən Rusiya hakimiyyəti ümid bəsləyib ki, Gürcüstanda olduğu kimi özgənin torpağının zəbt edilməsini ona bağışlayacaqlar. Əgər Donbasda müharibə olmasaydı, bəlkə də bu baş verərdi.
Rusiya nə Soyuq müharibəyə, nə də çoxqütblü dünya nizamına hazır olmayıb. Qloballaşmaya və Qərb tərzli istehlak həyatına uyğunlaşmış Rusiyadakı siyası sinif, sözsüz ki, amerikanlarsız bir həyatda dünyanın Darvinsayağı yaşamaq uğrunda mübarizə səviyyəsinə yuvarlanmasını istəməzlər. 2015-2016-cı illərin hadisəsi sübut etdi ki, Kreml əvvəlki kimi Amerika ilə dialoqa can ataraq masa arxasında daha yaxşı yer tutmaq istəyir.