14:47
280
ABŞ prezidenti Donald Tramp və Kiyev prezidenti Vladimir Zelenski gələn həftə telefon danışığı aparacaqlar.
Xalqcebhesi.az Sky News-a istinadən xəbər verir ki, onlar Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün təklif etdiyi planı müzakirə etməyi planlaşdırırlar.
Tramp və Zelenskinin telefon danışığı planları noyabrın 21-i cümə günü məlum olub. Lakin hələlik heç bir təfərrüat açıqlanmayıb. Xüsusən də söhbəti kimin başlatdığı məlum deyil. Yalnız mövzu - Ukrayna böhranının həlli üçün ABŞ-ın təklif etdiyi plan dəqiqləşdirilib.
“Zelenski ilə Tramp arasında telefon danışığı gələn həftə baş tutacaq”, - deyə nəşr yazıb.
Məryəm Quliyeva