14:38
336
“Rusiya ilə ABŞ çox şeyə razılaşa bilər. Amma ABŞ-nin Krım və Donbası Rusiyanın ərazisi kimi tanımağa Ukrayna razılıq versə və bu imzaatmada iştirak etsə onda bu, Zelenskinin siyasi ölümü deməkdir. Bundan sonra o, Kiyevə qayıtmasın”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
O, Ukraynanın bununla razılaşmadığını, ABŞ və Rusiyanın razılaşdığını söyləyib: “Tutaq ki, ABŞ Krımı və Donbası Rusiyanın ərazisi kimi tanıyır və Rusiya da atəşkəsi dayandırır. Ukrayna bunu tanımasa necə olacaq? Onda bu, bir tərəfin atəşkəsi kimi olacaq. Yəni tam atəşkəs kimi qiymətləndirilməyəcək. Digər tərəf odur ki, tutaq ki, ABŞ Krımı, Donbası Rusiyanın ərazisi kimi tanıdı, amma məsələ ondadır ki, Donbasın bütün ərazisini Rusiya işğal edə bilməyib. Donbasın təxminən 77 faizi Rusiyanın işğalı altındadır. Bəs qalan o faiz əmsalı necə olacaq? Burada bir az suallar yaranır. Mənə inandırıcı gəlmir. Bu qədər itkilərdən, imtinalardan sonra Zelenski bunu etsə bu, onun siyasi ölümü olar. Sonda Zelenski üçün, siyasət iqtidarı üçün bu heç də yaxşı nəticələnməyəcək. Ona doğru gedir. Amma Zelenskinin ən azı indiki məqamda buna razı olacağına inanmıram”.
Röya İsrafilova