HƏMAS-ın yeni sənədi Dünya

HƏMAS-ın yeni sənədi

Hərəkatın İsrailə güzəştə gedəcəyi narahatlığı var

HƏMAS Siyasi Bürosunun sabiq rəhbəri Xalid Məşəlin bir müddət əvvəl Qətərın paytaxtı Dohada təşkil etdiyi mətbuat konfransında ictimaiyyətə açıqladığı siyasi sənədə dair dəstək və tənqid olmaqla, fərqli təpkilər davam edir. Təşkilatın Fələstin məsələsi ilə əlaqədar həssas mövzulardakı rəftarını açıqlayan sənəd HƏMAS tərəfdarları, müttəfiqləri, siyasi düşmənləri və İsrail rəhbərliyi tərəfindən fərqli iddialarla qarşılanıb. Siyasi sənədə qarşı olanlar – HƏMAS-a müxtəlif fələstinli siyasətçilər, o cümlədən "Fəth" Hərəkatı və sionist liderlərdir.
"Anadolu News Agency" yazır ki, "Fəth" liderləri və tərəfdarları bu sənədə tarixi Fələstindən güzəştəgetmə kimi baxır və HƏMAS-ı beynəlxalq birlikdə "Fəth"in yerini tutma və Fələstin haqqındakı qərarları mənimsəmə cəhdində suçlayırlar. İsrail isə HƏMAS-ın bu cəhdlə "ətrafına hörülən beynəlxalq çəmbəri qırmasından" narahatlıq duyur. Çünki nizamnaməsindəki qeydi – HƏMAS-ın "Müsəlman Qardaşlar" Təşkilatının ("İxvan") qolu olduğunu çıxarması onu ABŞ və Avropada terrorçu damğasından xilas edəcək.
Sənədlə əlaqədar bitərəf qalanlar isə qorxu və tərəddüd içindədirlər. Bu tərəddüdün qaynağı isə HƏMAS-ın da "Fələstin müqavimətinin bayraqdarı ikən, 1970-ci illərdə verməyə başladığı güzəştlərlə İsraillə təhlükəsizliyin əlaqələndirilməsi nöqtəsinə gələn "Fəth" Hərəkatının" yolunu gedəcəyi, öz prinsiplərindən geri çəkiləcəyi narahatlığıdır.
HƏMAS-ın yeni sənədlə onunla əlaqə qurmaq istəyən, ancaq köhnə səbəblərdən bundan çəkinənlərə zəmin hazırlayaraq, xüsusi siyasi ibarələrdən istifadə etdiyi aydın görünür. Nəzəri olaraq və məzmun baxımından araşdırıldıqda, bu sənəd HƏMAS-ın məlum mövqelərinin daha siyasi və təcrübəyə söykənən bir dillə yenidən ifadə edilməsindən kənara çıxmır. Bu mövqelər Şeyx Əhməd Yasinin müəyyən etdiyi, tarixi HƏMAS liderləri tərəfindən elan edilmiş, "Fəth" və digər fələstinli qruplarla ortaq elan olunan əvvəlki bəyanatları də qəbul edir. Buna görə yeni siyasi arayışdan bu nəticələri çıxarmaq mümkündür: Atəşkəs bütün fələstinlilərin ölkəyə qayıdışı şərtlərinin reallaşdırmalı, onlar 1967-ci il sərhədlərində Fələstin dövlətinin qurulmasını təmin edəcək müvəqqəti Fələstinə gəlməli, ancaq İsrailin varlığı tanınmamalıdır.
Əslində, HƏMAS bu mövqeyini Şeyx Yasinin dövründən bu yana dəfələrlə dilə gətirib. Təşkilatın nizamnaməsidə və əvvəlki bəyanatlarında yəhudilərə düşmənliklə əlaqədar istifadə edələn ifadələrlə bağlı "yalnız İsrailin cəzalandırılması üçün lazım olan hərəkətlərlə əlaqədar olduğu" yönündə düzəliş var. HƏMAS dünyada heç bir yəhudini dininə görə düşmən saymadığını bəyan edib. Bu addımla o, beynəlxalq hüquqda özünü çətinə salan davranışın təsirlərini azaldır və Qərb xalqları arasında böyük bir maneə təşkil edən antisemitizm (yəhudi əleyhdarlığı) damğasından qurtulur.
Nizamnaməsində "İxvan"la olan əlaqəyə istinad HƏMAS üçün, xüsusilə "Ərəb Baharı" əleyhinə əks-inqilabdan sonra bölgədəki rejimlərlə ünsiyyətə keçməsində problem yaradırdı və "İxvan"a bəslənən düşmənliyin kölgəsində onu da günahkar mövqeyə qoyurdu. Hərəkatın müstəqil olduğu və İslami məzmunu vurğulanaraq, yeni düzəliş HƏMAS-ın rəqiblərinə müraciət edəcəkləri dəlil saxlamır.
"İxvan"la olan əlaqə gerçəkdə zehni və mənəvi olsa da, yeni mətndə "Qardaşlar"la əlaqə ifadəsinin yer almamasının mənəvi ölçüsü var. Yeni mətndə "İxvan"la təşkilati əlaqəni göstərməyən ümumi bir ifadədən istifadə olunub və hərəkətin milliliyi və bir Fələstin hərəkətı olduğu xüsusi vurğulanır. HƏMAS fikir ayrılıqlarına baxmayaraq, plüralizm və tolerantlığa qarşı deyil, əksinə, bu, HƏMAS-ın istədiyi ancaq özünü liberal və milliyətçi Fələstin hərəkətları adlandıran, siyasi və fikri rəftarına görə HƏMAS-a qarşı ayrı-seçkilik edən bəzi güclərin rədd etdiyi davranış idi. Nəhayət, qeyd edilməlidir ki, HƏMAS təcrübə və siyasi yetkinliyə yetişərək düşüncə və fikirlərini daha siyasi və mahir şəkildə ortaya qoydu, buna görə də ödəməsi lazım olacaq əvəzlərdən özünü qorumağı bacardı.