“İraq kürdlərinin müstəqllik referendumu gerçək nəticəyə aparmayacaq” Dünya

“İraq kürdlərinin müstəqllik referendumu gerçək nəticəyə aparmayacaq”

"Strateq" xəbər verir ki, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski vz.ru-da İraq Kürdüstanı bölgəsində keçirilən referendumu təhlil edib. Ekspert yazır ki, İraq Kürdüstanının başçısı M.Bərzani öz hökumətinin müstəqillik referendumundan sonra Bağdaddakı mərkəzi hökumətlə hərtərəfli danışıqlara keçməyə hazır olduğunu bildirib. "Rudav" telekanalı xəbər verir ki, kürd lider bu haqda Ərbil stadionunda tərəfdarları qarşısında çıxış edərkən bildirib. Bərzani qeyd edib ki, peşmərgə hərbiləşdirilmiş birləşmələri İraq Kürdüstanının istənilən düşməndən təhlükəsizliyini təmin edəcək.
O deyib: "Sentyabrın 25-dən sonra Bağdadla sərhədləri, nefti və istənilən şeyi müzakirə etməyə hazırdır". Ərbildən nümayəndə heyəti referenduma iki gün qalmış federal hökumətlə danışıqlar üçün yollanmalı idi, amma Bağdad kürdlərlə danışıqlardan imtina edib. BMT TŞ bəyanat qəbul edib ki, İraq Kürdüstanında referendum keçirilməsi İraqı qarşdıra və İŞİD-lə mübarizəni çətinləşdirə bilər. BMT TŞ-də qeyd olunub ki, İraqın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və İraq Kürdüstanı və Bağdad arasındakı bütün mübahisələri "beynəlxalq birliyin dəstəyi ilə dialoq yolu və güzəştlərlə İraq konstitusiyasının maddələrinə uyğun həll etməyə çağırıblar".
Referendumun nəticələri haqda buradan qənaət çıxartmaq asandır. Referendumun keçirilməsi Bərzani üçün kürd muxtariyyətinin dövlət iyerarxiyasında üzdə qalmağa son şansdır. Onun İraq Kürdüstanı başçısı postunda qalmasının qanuni müddəti bitib, İŞİD-lə mübarizə üçün sabitliyin saxlanmasının zəruriliyi niyyətilə (o cümlədən ABŞ-ın basqısı altında) bunu uzatmaq üçün əsas isə Suriya və İraqdakı uğurlar müqabilində yox olub. Postu tərk etmək tələbi ilə Bərzaninin opponentlərin tərəfindən təzyiq çoxalır. Muxtariyyətin bütün siyasi partiyalarının referendum keçirilməsinə ümumi dəstəyi əsas tələbə malikdir – Bərzani başçılığı tərk etməli və öhdəlik götürməlidir ki, bölgə başçısı postunu onun qəbilə təmsilçiləri tutmayacaq.
Bu, referendumun keçirilməsinə dəstək və İraq Kürdüstanı parlamentinin işinin blokadasını götürməkdə "Qoran" müxalif partiyası tərəfindən şərt idi. Cəlal Tələbaninin Kürdüstan Vətənsevərlər Birliyi (KVB) tərəfindən referendumu dəstəkləməyə razılıq da kürddaxili mübarizə və neft gəlirlərinin bölünməsi problemindən qaynaqlanır. KVB-dəki əsas fiqurlardan biri B.Salih sentyabrın 16-da bildirib ki, qarşıdakı parlament seçkilərinə müstəqil şəkildə gedəcək. Abdulla Öcalan tərəfdarlarının rəhbər postlardan sıxışdırıldığı PKK-da da parçalanma var.
Kürd politikumunun çox qoca liderlərinin referendumun keçirilməsi üçün vadaredici motivlərindən biri elitanın əvəzlənməsi böhranından əhalini yayındırmaqdır. Həm də referendumdan sonra siyasi mübarizə yalnız güclənəcək. İqtisadi yön də önəmlidir. Ərbil Türkiyəyə neft göndərmək üçün ixracat gücünün mühasirəsi halında türk mallarının yoxluğu və Bağdaddan maliyyə tranşlarının kəsilməsinə hazır deyil. O buna tab gətirməz.
Bu, referendum keçirildikdən sonra dövlət sərhədlərinin müəyyən edilməsi və kürd muxtariyyətinin ayrılması, İraqın mübahisəli bölgələrində döyüşlər törəməsi və Bağdad və Ankara silahlı güclərinin İraq Kürdüstanına və kürdlərin Suriya və İraqda sıx şəkildə yaşadığı zonalara müdaxiləsi xüsusunda əndişəni aradan qaldırır. Ayrı-ayrı toqquşmalar mümkündür, amma tammiqyaslı ərəb-kürd və yaxud türk-kürd savaşının başlanması haqda danışmağına dəyməz. Kürdlər buna getməzlər, əsas bölgə oyunçuları – İran, Türkiyə və İraq isə münaqişənin yayılmasında maraqlı deyil. Bundan başqa, 2005-ci ildə İraq Kürdüstanında referendum keçirilib və tam 98% müstəqilliyə səs verib. Yekunda heç nə baş verməyib.
Anadolu agentliyinin məlumatına görə, Türkiyə Suriya sərhədi boyunca beton divarın ucaldılmasını sentyabrın sonuna qədər başa çatdırmağı nəzərdə tutur. İnşaatçılar 828 km-dən, təxminın, 97 km-i yoluna qoymağa nail olublar. İş Xatay əyalətinin cənub dağlıq hissəsində gedir. "Sərhədin fövqəladə fiziki təhlükəsizlik sistemi" sərhəd divarı layihəsi 2016-cı ildə başlanıb. Çəpər üçün üç metr hündürlkdə, tikanlı məftilli beton bloklar işlədilir. Hər 300 m-dən bir istilik və infraqırmızı videokameralar, gecəgörmə sistemləri, radarlar, seysmik və akustik titrəyiş detektorları ilə təchiz edilmiş qüllələr var. Onlarda canlı qüvvə, yerüstü texnika və PUA-nı basmaq üçün məsafədən yönəldilən lazer və atıcı sistemlər, müxtəlif tezliklərdə radiosiqnalları boğmaq qurğusu quraşdırılır.
Türkiyə SQ izləmə vasitələri quraşdırılmış dirijabllarla Suriya ərazisindəki durum və yerdəyişmələri izləmək niyyətindədir. Türkiyə hökuməti öz ərazisini terrorçular və qeyri-leqal mühacirlərin sızması, silah, partladıcı və narkotiklər qaçaqmalçılığından qorumaq üçün Suriya ilə sərhəddə divar inşa edir. Ankara suriyalı qaçqınları qəbul etməyi dayandırmayacaq, amma bütün yerdəyişmələr sərhəd keçidlərində baş verəcək. Sərhədlərin texniki təşkili xəbər verir ki, türklər Demokartik Birlıik Partiyası (DBP) dəstələrini ləğv etmək üçün həmsərhəd ərazilərə müdaxilə planlaşdırmır.
Türk ordusunun Suriyanın şimalında kürd rayonlarında yerləşmiş və DBP-i dəstəkləyən amerikalılarla hərbi qarşıdurma ehtimalı son dərəcə azdır. Lakin Ankara kəskinləşməyə getsə, yəqin ki, amerikalılar toqquşmadan yayınmağa çalışardılar. Amma R.Ərdoğan kürd məsələsinin həllində güc variantına hazır deyil. Bu bildirmir ki, Türkiyə öz sərhədində kürd problemini çözülməmiş qoyacaq. Ona tabe silahlı qruplar vasitəsilə iki yöndən – Aəzazla Cərablus arasındakı zonadan və İdlibdən təsir etməyə cəy göstərir. Lakin Türkiyə-Suriya sərhədindəki bahalı texniki avadanlıq göstərir ki, Ankara Suriyanın şimalında müstəqil kürd anklavının yaradılmasına hazırlıq görür.
Türkiyədə bunu rəsmən heç vaxt heç kim deməyəcək, lakin hadisələrin bu cür inkişaf variantı orada gerçəklik kimi qəbul edilib. Birinci növbədə Vaşinqtonun Türkiyə rəhbərliyinin yaddan çıxarmayacağı mövqeyi üzündən (prezident Ərdoğan bu haqda amerikalılara yorulmadan xatırladır da).
Sentyabrın 22-də Rojavanın kürd rayonlarında (Suriya Kürdüstanı) 3700 kommunada bələdiyyə seçkiləri keçirilib. Seçilmiş deputatlar noyabrda yerli sovetlərə, yanvarda isə parlamentə seçkilərə qatılmalıdır. Eyni zamanda bölgə ərazisində artıq Federal Şura fəaliyyətdədir. Bu, İraq Kürdüstanında müstəqillik referendumu və yerli kürdlərin loyallığı sayəsində Suriyanın şimalından bundan sonra da qalmaq niyyətində olan ABŞ-ın "neytral mövqeyi" ilə yanaşı Rojava yarımdövlətinin ayrılma variantını çözülmüş edir. Lakin bu, bir çox baxımdan gerçək ayrılma deyil, deklarativ və təbliğat məqamıdır.