“Paytaxt Qüds” ssenarisinin alt qatları Dünya

“Paytaxt Qüds” ssenarisinin alt qatları

İslam dünyasını yeni daxili savaşa sürükləyirlər

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımaq və Amerika səfirliyini ora köçürmək haqda qərarı elə bir əks-səda törədib ki, hətta ABŞ-ın müttəfiqləri və uzun illər İsrailə rəğbət bəsləyənlər (məsələn, Böyük Britaniya), həmçinin AB rəhbərliyi indi Ağ Evin qərarını pisləyir. Lakin bu ideya bu gün, ya dünən doğulmayıb. Bu, prezidentin kürəkəni Cerad Kuşner İsrailə "başmaq seyrinə" çıxarkən başlanıb və onun adı ABŞ-ın Təl-Əviv səfiri vəzifəsinə mümkün namizəd kimi tez-tez çəkilib. Aydındır ki, ABŞ hökuməti gözləyirdi (təyin olunmuş səfir Deyv Fridman Qüdsdə yaşayacağına and içsə də, Konqres onu hələ də təsdiqləməyib) və bir də müsəlman dünyasının sadəcə hiddət fırtınasını və Avropa və Rusiya tərəfdən narahatlığın aşkar ifadəsini deyil, hansısa ciddi nəticələri gözləyəcək.
"Strateq" "EAdaily.com"a istinadən yazır ki, Trampın müsəlmanların peyğəmbəri Məhəmmədin doğum günündə (!) elan edilmiş qərarının qaynaqları, həmçinin ABŞ prezidentinin bəyanatına bir neçə gün qalmış baş verən fon hadisələr maraqlıdır. Əlbəttə, hamısını sadalamaq mümkün deyil, lakin ən önəmlisini, sadəcə, yadda saxlamaq lazımdır. Trampın Qüds üzrə bəyanatı və Rusiya, Türkiyə, İran prezidentlərinin Suriya üzrə Soçi sammitindən xeyli qabaq İran XİN tərəfindən gözlənilmədən replika gəlib: terrorçularla müharibənin tezliklə bitəcəyinə baxmayaraq bölgə artıq yeni müharibənin astanasında durub.
Ardınca İran müdafiə naziri, briqada generalı Əmir Xatəmi və İran parlamentinin spikeri Əli Laricaninin müxtəlif KİV-lərdə artıq dəfələrlə qeyd olunan bəyanatları gəlib. Xatırladaq ki, Xatəmi İŞİD üzərində qələbəylə bağlı eyforiyadan çəkindirərək işarə vurub ki, bölgə qarşısında yeni müharibə təhlükəsiylə "problemlər" durur. Laricani isə vurğulayıb ki, "… bölgədə terrorizm haqda məsələ başa çatmayıb" və "qalan terrorçular bölgədə yeni macəralar axtarırlar. Buna görə də İran və Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmək önəmlidir".
"Fars News" agentliyi noyabrın 9-da "İsrail generalına" isnadən məlumat yayıb ki, "İsrail rejiminin casus agentləri İran İİKK "Qüds" qüvvələrinin komandiri, general-mayor Qasım Süleymanini öldürməyi planlaşdırıblar". Bu məlumat İsrail müdafiə naziri Avigdor Libermanın İsrail TV-si ilə məcburi etirafı ilə təəccüblü şəkildə üst-üstə düşüb: "Deyilənlərə rəğmən, Suriyada iranlı yoxdur. Bəli, xeyli ekspert, müşavir var. İran hələlik Suriyada iştirak etmir, hərbi baza yaratmayıb və bizim baş məqsədimiz gerçək hərbi qüvvə kimi onun iştirakının qabağını almaqdır".
Bundan savayı, İraq sünni müsəlmanlarının yüksəkməqamlı təmsilçisi, antiamerika könüllü yığmasının rəhbərlərindən biri, əl-Rəbət əl-Muhəmmədi Şurasından Əbdülqadir əl-Həsəni İran ali lideri Seyid Əli Xameneiyə məktub göndərib: "İŞİD-ə qarşı müharibədə sizin tarixi mövqeyiniz İraq xalqı üçün effektliydi və İran və İraq xalqları arasında dostluq qurulması üçün imkanlar verir. İran və İraq arasındakı birlik həm dünyaya, həm də bölgəyə müsbət təsir göstərir".
Görünür, ABŞ və İsraildə kimsə məhz bu məktubu artıq İraq sünnilərinin də İran rəhbərliyi və İranın ali din xadimlərinə "sədaqət andı" kimi dəyərləndirib. Amerikalılar gözlənilmədən 400-dən yuxarı ABŞ xüsusi təyinatlısının ər-Rakkadan təxliyəsi haqda bildiriblər. Əlbəttə, Reuters-in şərhindən belə çıxıb ki, kontingentin azaldılması "ər-Rakkanın azad edilməsi kampaniyasının bitməsiylə bağlıdır".
İran tərəfi də bu qədər gözlənilməzcəsinə dünyaya xəbər (Iran Front Page-in məlumatı) verib ki, ABŞ MKİ başçısı "Qüds" qüvvələrinin komandiri, general-mayor Qasım Süleymani Suriyada olarkən ona məktub göndərib, lakin iranlı general hətta məktubu açmaqdan da imtina edib".
İran ali liderinin qərargah rəisi Məhəmməd Qolpayeqani deyib ki, general-mayor Süleymani lap bu yaxınlarda Suriyanın Əbu-Kamal (əl-Bukamal) şəhərində hərbi əməliyyatlar zamanı bölgədəki vasitəçilərdən biri vasitəsilə MKİ şefindən məktub alıb: "Bizim komandir məktubu almaqdan imtina edib və bu xüsusda bildirib ki, söhbət üçün bizim ümumi heç nəyimiz yoxdur". Qolpayeqani general-mayor Süleymaninin taktiki gedişini yüksək dəyərləndirərək bildirib ki, "onun kimi insanlar İslam inqilabının bəhrəsidir".
Qeyd edək ki, ABŞ MKİ general-mayor Süleymaniyə məktubun İran KİV-lərinə "sızması"nı heç cür şərh etməyib. MKİ-nin reaksiyası yalnız dekabrın 3-də, yəni Amerika və İsrail KİV-ləri Ağ Evin ötürməsiylə Trampın Qüdsü tezliklə İsrailin paytaxtı kimi tanıyacağı haqda xəbər verəndən sonra gəlib. General Süleymaniyə məktubla bağlı MKİ-nin də "şərhini" göstərək. "Reuters" xəbər verib ki, MKİ başçısı Mayk Pompeo İraqdakı Amerika hərbçilərinə istənilən hücuma görə məsuliyyət haqda xəbərdarlıq etdiyi general Süleymaniyə məktub yazıb. Pompeonun sözlərinə görə, İran sərkərdələrindən biri İraqda Amerika hərbçilərinə hücum edilə biləcəyi haqda eyham vurandan sonra bu məktubu yazmağı qət edib: "Biz bu məktubda yazmışıq ki, İraqda Amerika maraqlarına nisbətdə istənilən hücuma görə şəxsən o və İran məsuliyyət daşıyacaq. Buna əmin olmaq istəyirəm ki, İranda hər şeyi son dərəcə aydın şəkildə anlayıblar".
Ancaq Pompeo həm də boynuna alıb ki, Süleymaninin onun hədəsini ümumiyyətlə oxumadığı ona məlumdur. Pompeo müdafiə məsələləri üzrə forumlardan birində deyib: "Mən öz məktubumda İraqda İran təhlükəsinin artdığı haqda narahatlığımı ifadə etmişəm, lakin İran generalı onu oxumaqdan imtina edib. Düzünü desəm, mən pərt olmadım". Bəzi məlumatlara görə, general-mayor Süleymaninin MKİ-nin özündə agentləri var və məlumatlardan biri sözügedən Petreusa "gözlənilməz və anlaşılmaz" şəkildə ötürülüb – idarə başçısının birbaşa iş masasının üzərinə. İkincisi, bu, məntiqcə ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə baş müaşviri Əliəkbər Vilayətinin də iki bəyanatını xatırladıb. O hələ noyabrın 21-də televiziyaya müsahibədə Əbu-Kamalın (əl-Bukamalın) azad edilməsi münasibətilə Suriyanı təbrik edərək birinci bəyanatda "bölgədə İŞİD tam məhv ediləndən sonra terrorçuları təsis edənlərin və sponsorlarının yeni sabitsizləşdirici sui-qəsdləri" haqda narahatlığını ifadə edib: "Onlar (yəni ABŞ və terrorçuların başqa sponsorları) bir neçə il əvvəl Yaxın Şərqin dəyişdirilməsi üzrə planlardan danışırdılar. Onların yeni Yaxın Şərq yaratmaq planı bundan ibarət idi ki, sərhədlər dəyişdirilsin, İsrail rejimi özünü güvəndə və sakit hiss etmək üçün müqavimət zəifləsin. Bu planı Səudiyyə Ərəbistanı maliyyələşdirib, ilhamlandırıcısı isə İsraildir".