Bir gündə 75 nəfər ölüb Dünya

Bir gündə 75 nəfər ölüb

İsrail ordusu 16-cı gündür quru, su və havadan Qəzzaya hücum edir. əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, təkcə Qəzzanın Beyt-Lahiya bölgəsinə endilən aviazərbədə iki fələstinli həlak olub.
İsrailin keçən 16 gündə Qəzzaya hücumunda yaralananların sayı isə minimum 3800 nəfər təşkil edir.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, təkcə dünən burada 75 nəfər həlak olub, onların arasında 9 qadın və bir neçə uşaq var.
BMT-nın Qəzzadakı qaçqınlara yardım komitəsi hazırda Qəzzada insanların sığınması üçün təhlükəsiz yerlərin olmadığını bildirib.