Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləyib
10 İyul 2019 13:54
6 587
“Avstriyanın Salzburq şəhəri yaxınlığında İkinci Dünya müharibəsi zamanı öldürülən qafqazlılara qəbristanlıq salınıb”.
Bu barədə “Xalq Cəbhəsi”nə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bildirib. Onun dediyinə görə, məzarlıqda təxmini 150-200 naməlum qəbirlər var: “Mənə bu barədə məlumat verildikdən dərhal həmin ünvana getdim, çəkilişlər apardım. 1945-ci ildən bu günədək dövlət tərəfindən qorunub saxlanılır. Orada dəfn olunan qafqazlılar barədə heç bir məlumata rast gəlmədim. Onların kimlikləri ilə bağlı gərək dövlət arxivlərindən məlumatlar əldə edilsin”.
F.Əzizov onu da bildirib ki, bu barədə yaxın günlərdə geniş araşdırma aparacaq. Onun sözlərinə görə, dəfn olunanlar arasında azərbaycanlıların da olduğu şübhəsizdir: “İkinci Dünya müharibəsində azərbaycanlılardan da itkin düşənlər, ölüm xəbərini alan və meyiti tapılmayanlar da az olmayıblar. Bu qəbirlər arasında soydaşlarımızın da olduğunu istisna etmirəm. Hər halda bunu geniş araşdırmam lazımdır. İnanıram ki, arxivlərdə burada dəfn olunanlarım kimlikjləri ilə bağlı yetərincə məlumatlar qorunub saxlanılır”.
