Lavrov və Əraqçi İranla ABŞ arasındakı memorandumu müzakirə ediblər
Reuters: ABŞ və İranın tarixi sazişində 300 milyard dollarlıq özəl fond planı
Tramp G7 liderləri ilə razılaşdı: Hörmüz boğazı açılır, Ukraynaya dəstək davam edir
Ziqfrid Leffler: İnfrastruktur bağlantı yaradır, institutlar isə inteqrasiyanı təmin edir
15 Avqust 2019 14:29
1 547
ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Devid Satterfild Dövlət Departamentində and içərək, rəsmən yeni vəzifəsinin icrasına başlayıb.
Satterfildin andiçmə mərasiminə ABŞ Dövlət katibi Mayk Pompeo da gəlib.
Qeyd edək ki, Tramp prezident olduqdan az sonra ABŞ-ın Türkiyədəki səfiri Con Bası Əfqanıstana səfir göndərmişdi. Bundan sonra ABŞ-ın Türkiyə səfiri vəzifəsi il yarım boş qalmışdı. 16 fevralda Satterfildin bu vəzifəyə namizədliyi irəli sürülmüş, 28 iyulda bu namizədlik ABŞ Senatında təsdiqlənmişdi.
Satterfild ABŞ-ın ən təcrübəli diplomatlarından sayılır. O, 1980-ci illərdən bu yana Yaxın Şərqin bir sıra yerlərində fəaliyyət göstərir. Onun fəaliyyətdə olan bölgələr arasında Livan, Suriya, Tunis, İraq, Əlcəzair və Səudiyyə Ərəbistanı kimi dövlətlər yer alıb. Sonuncu dəfə Satterfild ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi olub.