
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İranda yeni koronavirus (COVID 19) diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb.
Trend-in məlumatına görə, bunu İranın Təhsil, Mədəniyyət və Araşdırma Akademik Mərkəzinin (Academic Center for Education, Culture and Research) direktor müavini Məhəmməd Rza Purabedi Fars informasiya agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranda koronavirus diaqnozu testlərinin çatışmazlığını nəzərə alaraq mərkəzin nəzdində fəaliyyət göstərən İranın Bioloji Ehtiyatlar Mərkəzi (Iranian Biological Resource Center ) və Motəmed İnstitutu (Motamed Cancer Institute) araşdırmalara başlamışdılar.
Purabedi əlavə edib ki, Motəmed İnstitutunun hazırladığı testlər istehsal olunur və Bioloji Ehtiyatlar Mərkəzinin testləri sınaq mərhələsindən keçib. Lazımi lisenziyalar alındıqdan sonra onun da istehsalına başlanacaq.
Qeyd edək ki, İran yeni koronavirusun diaqnozu testinin "COVIMED" adı altında istehsal olunduğunu bildirib.
Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (27 mart) ölkədə 32 332 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 378 nəfərin öldüyünü və 11 133 nəfərin sağaldığını təsdiqləyib.