17:03
497
Ankara ABŞ ilə hərbi-texniki əməkdaşlığın inkişafına mane olan məhdudiyyətlərin, o cümlədən CAATSA (ABŞ-nin rəqiblərinə qarşı sanksiyalar vasitəsilə mübarizə qanunu - red.) sanksiyalarının və ölkənin F-35 beşinci nəsil qırıcı təyyarə proqramına qayıtması məsələsinin aradan qaldırılması üçün səylərini davam etdirir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber kanalına verdiyi müsahibədə bildirib.
Fidan qeyd edib ki, Türkiyə heç vaxt müttəfiqlər arasında sanksiyaların tətbiq olunmasına çalışmayıb və uzun müddətdir onların ləğvi üçün çalışır:
"Avropa və ABŞ tərəfindən bizə qarşı elan edilən və edilməyən sanksiyalar qüvvədə idi. Hər iki lider siyasi iradəni qoruyub saxladığı müddətcə, qurumlarımız bu məsələlərin həlli istiqamətində zəruri addımlar atır. Tezliklə nəticə əldə edəcəyimizə ümid edirik".