ABŞ-da koronavirusdan ölənlərin sayı 40 mini keçib Dünya

ABŞ-da koronavirusdan ölənlərin sayı 40 mini keçib

Dünyada Covid-19 pandemiyasından ən çox zərər çəkən ABŞ-da insan itkisi 40 mindən çox olub. Xarici KİV xəbər verir ki, Con Hopkins Universitetinin yaydığı məlumatlara görə, ölkədə aşkarlanan Covid-19-un sayı 750 minə yaxınlaşıb, virusdan ölənlərin sayı 40 mini ötüb. Koronavirusun ABŞ-da episentri sayılan Nyu-Yorkda ölənlərin sayı 13 mini ötüb. ABŞ-dan sonra İspaniya, İtaliya və Fransa müvafiq olaraq bir-birlərini izləyirlər. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp və Nyu York meri Andryu Cuomo epidemiyanın pik həddə çatdığını, yoluxmaların və ölənlərin sayının azalmasına başladığını açıqlayıb. Onu da bildirək ki, dünya miqyasında koronavirusa yoluxma faktı 2,5 milyona çatır. 165 min 82 nəfər infeksiya səbəbilə dünyasını dəyişib. 625 min 304 nəfər xəstəlikdən sağalıb. Hazırda 1 milyon 617 min 151 nəfərin müalicəsi davam edir. Onlardan 54 min 211 nəfərin vəziyyəti ağırdır. Dünya əhalisinin 81%-i isə koronavirus pandemiyasının öhdəsindən gəlmək üçün öz haqlarının məhdudlaşdırılmasına hazırdır. Bu nəticə "Qallup" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, bu mövqeyi ən çox Pakistan (92%), İraq (92%), Hindistan (59%), Filippin (58%), Bolqarıstan (53%) və Avstriya (51%) əhalisi dəstəkləyib. "Qallup"un sorğusunda öz haqlarına hansısa məhdudiyyət tətbiq edilməsinə qarşı ən çox yaponlar etiraz edib. Haqlarının azaldılmasını yalnız 7% yapon qəbul edib.