Tramp İran gəmilərini niyə vurmaq tapşırığı verdi? Dünya

Tramp İran gəmilərini niyə vurmaq tapşırığı verdi?

ABŞ prezidentinin İran gəmilərini məhv etmək tapşırığını verməsi gözlənilən addım idi. Bunu ABŞ polittexnoloqu Ceyson Smart deyib. "ABŞ-da altı ay sonra prezident seçkisi keçiriləcək. Buna görə də Trampın güclü lider olması siyasi planda Amerikanın daxili auditoriyası üçün açar rolunu oynayır", – deyə o bildirib. Smart iki ölkə arasında müharibənin reallaşmasına inanmadığını deyib: "Tam miqyaslı müharibə yalnız iranlıların Amerika gəmilərini təqib etməyə cəhd etdikləri zaman mümkündür. Bu onlar tərəfindən axmaqlıq olacaq. Unutmayın ki, hazırda Ramazan başlayır, İranda koronavirusla bağlı situasiya gərgin olaraq qalmaqda davam edir. Bunun üçün də yaxın zamanlarda ciddi toqquşmanın olacağına inanmıram".