Rusiya Əsəddən üz çevirdi Dünya

Rusiya Əsəddən üz çevirdi

“Əsəd iqtidarı sona yaxınlaşır, Rusiya ondan üz çevirib”.
Bu sözləri türkiyəli politoloq Cingiz Tomar öz məqaləsində qeyd edib.
O bildirib ki, son zamanlar dünya mediasında Əsədin hakimiyyətdən gedəcəyi ilə bağlı yayılan xəbərlər onun vəzifə müddətinin bitməsindən qaynaqlana bilər:“Türkiyənin israr etdiyi “Əsədsiz Suriya” tezisi getdikcə güclənir. Mənzərəni müşahidə etdikdə, Türkiyə, İran və Rusiyanın unitar Suriya, ABŞ-ın isə hərbi federasiya şəklində bölünmüş Suriya istədiyi aydın olur. Təbii ki, burada Türkiyənin bəzi istəkləri qeyd edilən ölkələrin mənafeyinə toxunur. Fəqət son bir neçə ayda Əsəd rejiminə alternativ adların sadalanması siyasi baxımdan yeni proseslərin başladıldığının göstəricisi ola bilər.
Belə ki, İsrail mediasına görə, müxalif aparıcı, Əsəd hakimiyyətində təmsil olunmuş Fəhd əl-Misri Bəşər Əsədə alternativ şəxslərdən biridir. Lakin bu iddia ərəb mediası tərəfindən çox da ciddiyə alınmır.
Daha bir iddialı isim isə Əli əl-Məmlükdür. Onun dinc şəkildə Əsədin yerinə keçəcəyi bildirilir. İddia edilir ki, Məmlük bu təklifi qəbul etməzsə, onu həbs, yaxud “qara siyahı” gözləyir.
Beynəlxalq mediada adı çəkilən digər şəxs isə sünni ailədən olan Məhəmməd Dib Zeytundur.
İddia edilir ki, ilin sonuna qədər Əsəd hakimiyyətdən bu və ya digər şəkildə gedəcək”.