Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
8 May 2020 18:37
2 856
Mayın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib.
O, iclasın ilk dəfə videokonfrans formatında keçiriləcəyini söyləyib.
Mariya Zaxarova MDB XİN başçıları Şurasının iclasında müzakirə olunacaq məsələləri də açıqlayıb.
Onun sözlərinə görə, iclas iştirakçıları beynəlxalq və regional gündəmdə olan mövzularla bağlı fikir mübadiləsi aparacaqlar: "Xarici İşlər Nazirlikləri arasında koronavirus infeksiyasının yayılmasına qarşı birgə əməkdaşlıq məsələlərinə dair tapşırıqlar müzakirə ediləcək. Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə, tarixin təhrif olunması və nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə xüsusi diqqət ayrılacaq. İclasda hüquq-mühafizə orqanları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənən bir sıra qərarların qəbul olunacağı gözlənilir”.
Mariya Zaxarova qeyd edib ki, iclasda 2020-ci il üçün Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr planı da təsdiq ediləcək.
11 Sentyabr 18:20
987
11 Sentyabr 18:11
973
11 Sentyabr 18:05
945