KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
27 May 2020 16:07
2 387
Çilidə 111 yaşlı qadın yeni növ koronavirusdan (COVID-19) sağalıb.
Söhbət Santyaqo əyalətinin bir hissəsi olan Nunoa bölgəsindəki "Hogar Italiano" qocalar evində yaşayan Huanita adlı bir qadından gedir. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, aprelin 12-də COVID-19 üçün ondan alınan testlər müsbət nəticə verib.
Mediada yayılan məlumatlara görə, koronavirusa yoluxmadan öncə tənəffüs problemlərini yaşayan Huanita COVID-19 infeksiyasına qalib gəlib. O, iyul ayında 112 yaşını qeyd edəcək.
Xatırladaq ki, bundan əvvəl İspaniyanın ən yaşlı sakini – 113 yaşlı Maria Braniasın COVID-19 virusundan sağaldığı bildirilirdi.
Qeyd edək ki, hazırda Çilidə koronavirusa yoluxanların sayı 77 961-ə çatıb. 806 nəfər ölüb.