Ermənilər Sarkisyana qarşı Dünya

Ermənilər Sarkisyana qarşı

Cavid

Ötən həftə Ermənistan yenə də silkələndi. Ermənilər prezident Sarksiyanın yarıtmaz siyasətinə qarşı mitinq keçirdi, tanınmış siyasilər onu tənqid etdilər, prezident yerli mətbuatın hədəfinə gəldi.
Məsələn, parlamentdə "Çiçəklənən Ermənistan" partiyasını təmsil edən deputat Tiqran Urixanyan ölkə prezidenti və ətrafı barədə bildirib ki, Ermənistan hakimiyyəti bütün mümkün və qeyri-mümkün sərhədləri keçib.
Razdan şəhərində çox sayda insanın qatıldığı mitinqdə çıxış edən deputat qeyd edib ki, Ermənistan bu gün ağır vəziyyətdədir: "Yoxsulluq, işsizlik və mühacirətin səviyyəsini azaltmaq əvəzinə hakimiyyət konustitusiya islahatı ilə bağlı yeni siyasi şou keçirməyi təklif edir". Onun fikrinsə, bu, hakim rejimə öz hakimiyyətini ən azı daha on il saxlamağa imkan verəsək.
Mitinqdə hökumətin işi də kəskin tənqid edilib.
Qeyd edilib ki, hətta yalnız rəsmi statistik göstəricilərə əsaslanılsa belə, Ermənistanın vəziyyəti gündən günə pisləşir. Təkcə iqtisadiyyata sərmayələr 60%-dən çox azalıb. Mitinqdə bildirilib ki, siyasət və biznes həddindən artıq bir-birinə nüfuz edib və artıq qarşılıqlı şəkildə bir-birlərini tamamlayırlar.
Yada salaq ki, Serj Sarkisyana qızmar payız vəd edən üç parlament partiyasının qərarı ilə oktyabrın 10-da İrəvanda keçirilməsi nəzərdə tutulan ümumi erməni mitinqində ölkə rəhbərliyinin istefası tələb ediləcək.
Bu arada Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyası növbəti iclasda qondarma "DQR"-in tanınması qərarına baxışı təxirə salıb.
Deputat Zarui Postancyan tərəfindən irəli sürülən "layihə"nin ən azı bir ildən sonra gündəliyə gətirilməsi planlaşdırılır.
Bir müddət öncə Moskva-İrəvan teleforumundə Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenko və Ermənistandakı "İnteqrasiya və inkişaf" analitik mərkəzinin sədri Aram Safaryan həyəcanla ölkədə vətəndaş müharibəsi təhlükəsindən danışıb.
Ekspertlərin çoxu düşünür ki, hər şeydən öncə bunun günahı ölkədə hər gün gərginləşən iqtisadi vəziyyət, işsizlik, qiymət artımı, Ermənistanı tərk edənlərinins sayının çoxalması, məktəblərin boşalmasındadır.
"Aykakan Jamanak" qəzetinin yazdığına görə, Ermənistanın yeni baş naziri Ovik Abramyan bildirib ki, yeni hökumətə rəhbərlik etməklə bağlı prezidentin təklifini qəbul etməklə səhvə yol verib.
Serj Sarkisyan isə yenə də aldatmaq və həm beynəlxalq ictimaiyyəti, həm də erməni xalqını yanıltmaq üçün imkan düşən kimi Azərbaycanı günahlandırır.
Qeyd edək ki, Suren Xaçatryanın yenidən Sünik vilayətinin qubernatoru təyin edilməsi də ölkədə etirazalara səbəb olub. Erməni jurnalist Susanna Petrosyan vestikavkaza.ru saytında sentyabrda 25-də Ermənistan hökumətinin Suren Xaçatryanın yenidən Sünik vilayətinin qubernatoru vəzifəsinə təyintının arxasında dayanan məqamlara toxunub.
Onun sözlərinə görə, hökumətin qərarı siyasi güclər, jurnalist təşkilatları, ekspertlər, ümumilikdə bütün vətəndaşlar üçün şok effekt yaradıb.
Sabiq xarici işlər naziri Aleksandr Arzumanyan isə hesab edir Xaçatryanın yenidən qubernator təyin edilməsi cəmiyyətə vurulan biabırçı sillədir.
Hakim Respublikaçılar Partiyasının üzvü və prezident Serj Sarkisyanın ən yaxın silahdaşlarından sayılan, "Liska" ləqəbli Suren Xaçatryanın adı dəfələrlə kriminal hadisələrlə yanaşı çəkilib. Bu hadisələrdən sonuncusu hərbi hissə komandiri polkovnik 42 yaşlı Artak Budaqyanın odlu silahla vurulması olub. O, Sünik vilayətinin mərkəzi Qorisdə iyunun ikisində Xaçatryanın bağ evi yaxınlığında vurulmuşdu. Cinayət işi üzrə istintaq çərçivəsində onu azadlığa buraxılmışdılar.
İrəvan Dövlət Universiteti Qoris filialının rektoru Yuri Safaryan deyir ki, vilayət sakinləri arasında ekstremal narazılıqla yanaşı, qorxu və laqeydlik atmosferi hökm sürür: "Bir halda ki, əhalinin əksəriyyəti öz etirazını ifadə edə bilmir, onlar vilayətdən, daha sonra ölkədən getməyə məcbur olacaqlar".
Sünikdən olan sahibkar Tiqran Karapetyan bildirib ki, Xaçatryana təyinatından dərhal sonra vilayətin paytaxtındakı bütün investisiya proqramlarını dayandırıb. Onun sözlərinə görə, səs-küylü bir keçmişi olan bir neçə dəfə məhkumluq həyatı yaşayan Xaçatryanın yenidən qubetnator postuna qaytarılması cəmiyyəti şoka salıb.
Petrosyan hesab edir ki, hakimiyyətin təkrar istehsalı siyasi proseslərin ayrılmaz hissəsinə çevrilib: "Hansı ki, bu proses Ermənistanda hakimiyyəti dəyişməyə heç vaxt icazə vermir. Təkrar istehsal prosesində cinayətdə adı hallanan müxtəlif dərəcəli məmurlar aktiv iştirak edir. Hakimiyyətin mövcud sistemi rejimin müxtəlif mərtəbələrində təmsil olunan nümayəndələrin qazandığı sərvətin müdafiəsi mexanizmini qurub. Bu şərait ölkəni idarə edən elitanın birləşməsi üçün ən əhəmiyyətli amillərdən biridir".
"Lıska" Ermənistanı idarə edən sisteminin əsas fiqurlarından biri hesab edilir. Onun bu sistemdən kənarda qalması mümkün deyil", - 1in.am saytının siyasi müşahidəçisi Ovannes Mandakuni hesab edir.
Onun fikrincə, siyasi hakimiyyət hələ Robert Köçəryanın prezidentliyi dövründə də kriminal-oliqarxiya elitasının nümayəndələrini dəstəkləyirdi: "Kriminal-oliqarxiya elitasının həm iqtisadi, həm də mənəvi-psixoloji dəstək seçkilərdə lazımı nəticənin qazanılmasında və hakimiyyətin təkrar istehsalında əsas rol oynayır. Kriminal-oliqarxiya sisteminin parlaq nümayəndəsi olan Xaçatryan hakimiyyətin ən əhəmiyyətli qalalarından birini təşkil edir. Ola bilsin ki, sabiq-qubernatorun qayıdışı ilə sistem daxilində inkişafın yeni mərhələsi başlayır".
Siyasi müşahidəçilərin fikrincə, 2016-cı ildə keçiriləcək konstitusiya dəyişiklikləri üzrə referendum ərəfəsində hakimiyyətə etibarlı insanlar lazımdır. Bu məntiqə əsaslanan bir sıra ekspertlər hesab edir ki, prezident Serj Sarkisyanın növbəti addımı Gümrünün sabiq meri Vardan Qukasyanın hakimiyyətinə qaytarılması ola bilər.