Liviyada tutulan rus casuslarına verilmiş tapşırıqlar Dünya

Liviyada tutulan rus casuslarına verilmiş tapşırıqlar

Liviyada yaxalanan rus casusları Maksim Şoqali və Samer Suefaninin fəaliyyət və əsas hədəfləri ictimaiyyətə açıqlanıb. Agentlər “Vlevski astrov” şirkətində işləyib və Liviyadakı hərbi-iqtisadi durum haqqında hesabat hazırlayıblar. Casuslar eyni zamanda Liviya məhkəməsi tərəfindən axtarışa verilmiş Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi ilə bir neçə dəfə görüşüblər.
Liviya hökumətinə yaxın mənbələr qeyd edib ki, “Vlevski astrov” Liviyada mümkün seçki zamanı Rusiyaya yaxın namizədlərin qazanması üçün fəaliyyət göstərir.
Liviya kəşfiyyatı müəyyən edib ki, həbs olunan agentlərə Aleksandr Prokofiev və Konstantin Aleksandr adında daha iki casus köməklik göstərib. Maliyyə əməliyyatları həyata keçirmək məqsədilə saxta şirkət möhürləri hazırlanıb və gözlənilən seçkilərə təsir etmək, informasiya toplamaq üçün liviyalıları işə götürməyə başlayıblar. Casusların komputer və mobil telefonlarında aparılan araşdırma zamanı bəlli olub ki, Liviyada Rusiya hərbi bazası qurmağı təmin etmək, ABŞ-ın burada baza yaratmasına mane olmaq və Liviyanın neft-qaz sahəsinə nəzarət kimi strateji məqsədlər olub .