“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 16:39
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub - YENİLƏNİB
Yol polisi dağlıq yollarda hərəkət edən sürücülərə xəbərdarlıq edib
"Prezidentin Milli Məclisə göndərdiyi amnistiya aktını alqışlayırıq"- Qüdrət Həsənquliyev
Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verilib
12 İyun 2020 13:58
2 870
Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə kompleksini aprelin sonuna qədər işlək vəziyyətə gətirməli idi. Amma iki aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də bu komplekslər işlək vəziyyətə gətirilməyib. Hesab edirəm ki, bu çox maraqlı haldır və mütəxəssislər tərəfindən diqqətlə izlənilir.
Bu fikirləri siyasi analitik Oqtay Qasımov deyib.
Onun fikrincə, Rusiya ilə Türkiyə arasında nə qədər yaxınlaşma olsa da, Türkiyə NATO ölkəsidir:
“Türkiyə Rusiyadan S-400 almaq planını ortaya qoyanda başda Amerika olmaqla, müttəfiqləri ilə məyyən gərginlik yaşamalı oldu. Hətta rəsmi Ankara Vaşinqtona açıq mesaj göndərdi ki, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə qərarlıdır. Amerikaya da təklif etdilər ki, “Patriot” sistemini onlara satsınlar. Amma ABŞ uzun illər bu sistemi Türkiyəyə faktiki satmırdı”.
Oqtay Qasımov hesab edir ki, Türkiyə pandemiya ilə əlaqədar olaraq S-400 komplekslərini quraşdırmaq məsələsini arxa plana keçirdi:
“Eyni zamanda NATO müttəfiqləri, başda Amerika olmaqla, bu məsələnin həlli yollarını axtarırlar. Bu mənada indiyə qədər Rusiyadan alınan komplekslər quraşdırılmayıb”.
Siyasi analitikə görə, Türkiyənin öz hava məkanını qorumaq üçün S-400 komplekslərini quraşdırıb-quraşdırmayacağı şərtlərdən də asılı olacaq:
“Əgər Türkiyənin istəkləri NATO və ABŞ tərəfindən həyata keçirilsə ola bilsin ki, S-400 sistemləri işlək vəziyyətə gətirilməsin. Yox, əgər ABŞ və NATO müttəfiqləri ilə münasibətlər son 1 ilə qədər olduğu kimi davam edəcəksə, habelə ABŞ Türkiyənin təhlükəsizlik maraqlarına ciddi yanaşmasa, bu zaman Türkiyə müstəqil şəkildə addım ata və bu zaman S-400 kompleksləri də işlək vəziyyətə gətirilə bilər”.