Ukrayna XİN başçısı sabah Türkiyəyə səfər edəcək Dünya

Ukrayna XİN başçısı sabah Türkiyəyə səfər edəcək

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba sabah Türkiyəyə səfər edəcək.
Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, D. Kuleba iyulun 3-də Antalya şəhərində keçiriləcək “Türkiyə-Ukrayna Birgə Strateji Planlaşdırma Qrupunun” VIII iclasına qatılacaq.
Ukrayna XİN başçısını səfəri zamanı ticarət, investisiya, müdafiə sənayesi, təhlükəsizlik, turizm və COVID-19 pandemiyası ilə mübarizə məsələləri müzakirə ediləcək.
Səfər çərçivəsində Krım tatarlarının vəziyyəti ilə bağlı da fikir mübadiləsinin aparılması nəzərdə tutulub.