Türkiyənin səmadakı daşındırıcı gücü: Silahlı və hücüm PUA-ları Dünya

Türkiyənin səmadakı daşındırıcı gücü: Silahlı və hücüm PUA-ları

Yerli və milli silahlı hücum PUA-larımız təhlükəsizlik qüvvələrimizə dəstək verərək Türkiyənin gücünə güc qatmağa davam edir.

Bu sözlər Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Twitter hesabından Türkiyənin səmadakı gücü olan silahlı və hücum pilotsuz uçuş aparatları (PUA) ilə bağlı paylaşılan məlumatda bildirilib.

Paylaşımda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Hədəfimiz, silahlı və hücum PUA-ları ilə yanaşı insansız və xüsusi dəniz vasitələri daxil olmaqla quru, hava və dəniz vasitələrimizin ortaq fəaliyyət göstərəcəyi səviyyəyə çatdırmaqdır.” ifadələri də qeyd olunub.

“Bayraktar TB2 PUA-sı, Türkiyə Silahlı Qüvvələrinin ölkə sərhədləri daxilində və xaricində həyata keçirdiyi “Xəndək”, “Fərat Qalxanı”, “Zeytun budağı”, “Pəncə” və “Bahar Qalxanı” əməliyyatlarında çox fəal rol oynayıb.

Yerlilik faizi 93-ə sahib olan ilə milli PUA kəşfiyyat, fasiləsiz hava nəzarəti, hədəfin aşkarlanması və məhv edilməsini təmin edir.

Türkiyə yerli PUA istehsal edən altı ölkədən biridir.

Türkiyənin yerli PUA-ları bunlardır: “Anka”, “Bayraktar”, “Karayel”, “Turna”, “Şimşek”.

Türkiyə, “Akıncı” hücum PUA-sı ilə bu sinifdə dünyanın üç ölkəsindən biri olmaq xüsusiyyətinə malikdir”.