Nazir: “Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalında alternativ kimi vacib rol oynayır” Dünya

Nazir: “Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalında alternativ kimi vacib rol oynayır”

“Hökumətimizin həyata keçirdiyi enerji islahatları nəticəsində bu gün biz bütün qonşu ölkələrimizdən elektrik enerjisi idxal edirik. Onlardan heç biri, xüsusilə də bizim şimal qonşumuz bu məsələdə dominant deyil”.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava belə deyib.

Xanım nazir bildirib ki, ölkə 2012-ci ildən elektrik enerjisinin 90%-ni Rusiyadan idxal edirdi və Rusiya Gürcüstan bazarında hakim mövqeyə malik idi, bu gün isə Gürcüstanın elektrik enerjisi bazarında mövqelər dəyişib.

N. Turnava qeyd edib ki, Gürcüstan elektrik enerjisi baxımından bu gün daha müstəqildir və müxtəlif ölkələrdən idxal ilə bağlı seçimlər edə bilir: “Bu gün biz enerji baxımından daha müstəqilik, çünki bizim alternativ seçimimizdə çox önəmli rol oynayan Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələr var. Eyni zamanda biz Türkiyədən, Rusiyadan və Ermənistandan elektrik enerjisi idxal edirik. Bu bizim seçimimizdir. Biz enerji sisteminin təhlükəsizliyinin təmin edilməsi prinsipi ilə hərəkət edirik. Enerji baxımından daha müstəqilik və bu səbəbdən enerji idxalı qiymətləri bu illər ərzində düşüb”.