17:07
700
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olduğunu jurnalistlərə təsdiqləməyib və Vaşinqtonla Tehran arasında işlərin yaxşı getdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Tramp ABŞ-nin İrana qarşı tammiqyaslı hərbi əməliyyatları bərpa etmək ehtimalı barədə suala cavab verərkən bildirib.
"Düşünürəm ki, onlar əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər, biz keçən həftə onlara çox güclü zərbə vurduq", — deyib. "Məncə, onlar qaydasındadırlar. Söhbət İranın nüvəsizləşdirilməsindən gedir, hər şey çox sadədir. İranın nüvə silahı olmamalıdır", — deyə o, Şimali Dakota ştatına işgüzar səfərə yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində əlavə edib.
Məryəm Quliyeva