Merkelin Rusiaya xəbərdarlığı Dünya

Merkelin Rusiaya xəbərdarlığı

"Müharibə gözlənilir, bütün dünya təhlükə altında olacaq"

Cavid

Almaniyada 60-dan çox siyasətçi, iqtisadçı, alim və ictimai xadimin "Die Zeit" qəzetinin saytında Rusiya ilə bağlı məktubu yerləşdirilib. Məktubda Almaniya kansleri Angela Merkelə və dünyaya çağırış edilir. Bildirilir ki, Rusiyanı Avropadan uzaqlaşdırmaq heç bir halda məqsədəuyğun deyil, yoxsa bütün dünya təhlükə altında olacaq. Məktub müəlliflərindən olan Almaniyanın sabiq prezidenti və kansleri Roman Hertsoq və Herhad Şröderin sözlərinə görə, Avropa Birliyi və ABŞ inadları və təhdidlərindən əl çəkməsələr, müharibə ola bilər. Müharibəni isə heç kim istəmir. Məktub müəllifləri Almaniya prezidenti Yoahim Qauku və kansler Angela Merkeli Rusiya ilə bağlı siyasətdə kursu dəyişdirməyə çağırıblar.
Onu da qeyd edək ki, Almaniya kansleri Angela Merkel Rusiya barədə sərt açıqlama verib. Merkel Rusiyanın Moldova, Ukrayna, Gürcüstan kimi dövlətlərə Avropa Birliyilə saziş bağlamasına problemlər yaratdığını bildirib. Onun sözlərinə görə, Rusiya Balkan ölkələrini özündən hər vasitə ilə asılı etmək niyyətindədir. Merkel qeyd edib ki, bu ölkə 1994-cü ildə imzalanmIş Budapeşt Memorandumunun əksinə gedərək regionda stabillik zəmanətini pozub.
Qərbin sanksiyaları isə Rusiyada öz sözünü deyir. Ğlkə iqtisadiyyatı çökmək üzrədir. Rusiyalı iqtisadçı ekspert Slava Rabinoviç Putinin Rusiyada iqtisadi islahatlarını dəyərləndirərək deyib ki, Qorbaçov öz ilkin hədəflərinə nail olmadı, ona görə ki, o da siyasi kursunu dəyişmədi. Putin də siyasi xəttini dəyişdirməyəcəyi təqdirdə belə olacaq və hədəflərinə çata bilməyəcək.
Rusiyalı ekspert Qorbaçov dönəmindən nümunə gətirərək bildirib: "SSRİ dövründə hakimiyyətə 1985-ci ildə nisbətən gənc və lovğa partiya fəalı Mixail Qorbaçov gəldi. O, iqtisadi sistemi dəyişdirmədən SSRİ-nin bütün siyasi kursunu dəyişdirməyə çalışdı. Bunun isə hansı nəticələrə gətirib çıxardığını hamımız gördük".