Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu təsdiqləyib
Azərbaycan Ramazan ayında müxtəlif ölkələrdə yardım kampaniyaları keçirib
“Bu islahat idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər”
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
27 Aprel 2021 08:47
2 653
Meksikanın Kamarqo rayonunda (Tamaulipas ştatı) iki qrup mülki şəxs arasında atışma baş verib.
Trend-in "El Universal" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerində 7 ədəd yanmış zirehli avtomobil aşkarlanıb. İnsident nəticəsində azı 8 nəfər həlak olub.
İlkin məlumata əsasən, atışmada "Şimal-şərq karteli" mütəşəkkil cinayətkar qrupunun üzvləri də olub, lakin nə regional, nə də federal hakimiyyət orqanları bunu şərh etməyib.
Xatırladaq ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador aprelin 8-də hakimiyyət orqanlarının bütün səylərinə baxmayaraq, ölkədə qətl hadisələri ilə bağlı vəziyyətin çətin olduğunu etiraf etmişdi.