Ermənilərə Rusiyada bir ay qeydiyyatsız qalmaq icazəsi verildi Dünya

Ermənilərə Rusiyada bir ay qeydiyyatsız qalmaq icazəsi verildi

Artıq ermənilər Rusiya ərazisindsə bir ay qeydiyyatsız yaşaya biləcəklər. Rusiya Miqrasiya xidmətinin saytına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanla razılıq sənədinin ratifikasiya olunması üçün fərman verib.
Razılığa əsasən hər iki ölkənin vətəndaşları, biri digərinin ərazisində qeydiyyatsız bir ay yaşamaq hüququ qazanır. Artıq ermənilər Rusiyaya, ruslar isə Ermənistana gələrkən bir ay müddətində qeydiyyatsız yaşaya biləcəklər.
Xatırladırıq ki, Moskva ilə İrəvan arasında bu razılıq 2014-cü ilin iyul ayında imzalanmışdı.
QAT sədri Akif Nağı deyib ki, Rusiya birmənalı şəkildə Ermənistanı hər zaman dəstəkləyib, ona öz ərazisi kimi baxıb: "Düşünürəm ki, bu Gümrü insidentindən sonra ermənilərin könlünü almaq üçün edilən bir jestdir. Məsələnin mahiyyətinə gəlincə, ruslar hər zaman ermənipərəst mövqedə olub. Və biz bütün baş verənlərə görə, öz nəticələrimizi çıxartmalıyıq".