Avtomobillərin sığortasını yeniləmək olmur - İSB-nin sistemində problem Hadisə

Avtomobillərin sığortasını yeniləmək olmur - İSB-nin sistemində problem

İcbari Sığorta Bürosunun (İSB) sistemində problem yaranıb. Ötən gündən etibarən avtomobillərin icbari sığortasını həyata keçirmək mümkün deyil.

Bunu sığorta agenti Şahin İsmayılov da "APA-Economics"ə təsdiqləyib: "Avtomobil sahibi FİN kodunu daxil edərkən, İSB-nin sistemində müştərilərə aid data görünməlidir, daha sonra sığorta haqqı hesablanmalıdır. Amma FİN kod daxil etdikdən sonra sistemdə müvafiq məlumatlar çıxmır" - deyə, sığorta agenti qeyd edib. Ş.İsmayılovun sözlərinə görə, məsələ ilə bağlı İSB-dən bildirilib ki, problem aradan qaldırılacaq.