İsrail rəsmiləri ABŞ-ın yeni mövqeyindən narahatdır
18 Aprel 13:08
18 Aprel 13:08
18 Aprel 13:02
1 Avqust 2025 22:02
2 968
ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına özünəməxsus münasibət bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.
Qeyd olunub ki, Ağ Evin rəhbəri rusiyalı siyasətçinin sözlərinə cavab olaraq iki nüvə sualtı qayığının (NPS) Rusiya sərhədlərinə göndərilməsinə dair göstəriş verib.
“Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin təxribat xarakterli bəyanatlarına cavab olaraq, mən müvafiq ərazilərdə iki nüvə sualtı qayığının yerləşdirilməsinə göstəriş vermişəm. Sözlər çox vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o hallardan biri deyil”,- deyə Tramp bildirib.
Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə “ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.
Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.
18 Aprel 11:28
1 288
17 Aprel 19:39
1 792
17 Aprel 19:36
1 729