Azərbaycanda kiberhücumların əsas növü açıqlanıb Hadisə

Azərbaycanda kiberhücumların əsas növü açıqlanıb

Hazırda internetin Azərbaycan seqmentində kiberhücumların 70 faizi fişinq hücumlarının payına düşür.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, kibercinayətkarlar fişinq hücumları zamanı məqsədə nail olmaq üçün müxtəlif üsullardan istifadə edir.

"Söhbət sosial mühəndislikdən, yəni telefon zəngləri, SMS-lər və elektron poçt vasitəsilə dələduzluqdan gedir. Bank kartları sahibləri tərəfindən bank məlumatlarının sızmasının qarşısını almaq üçün xidmətimiz mobil operatorlarla birgə tədbirlər reallaşdırıb. Bu tədbirlər bank məlumatlarının fırıldaqçılara ötürülməsinin kəskin azalmasına kömək göstərib", - Ş.Əliyev deyib.

O vurğulayıb ki, 2021-ci ildə kiberhücumlar nəticəsində dünya iqtisadiyyatına dəymiş ziyan 6 trilyon dollar təşkil edib.