Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTO
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB
19 İyul 2022 11:49
2 604
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində bir neçə gün əvvəl aparılan monitorinqlər zamanı regionun nadir növlərindən olan Qafqaz maralının (nəcib maral) sayında nəzərəçarpacaq artım müşahidə edilib və bu, "Qırmızı Kitab" a düşmüş növ üçün son illərin ən uğurlu nəticəsidir. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
"Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan Qafqaz maralının ən geniş arealı sayılan Zaqatala Dövlət Təbiət Qoruğunda bu mövsüm üzrə aparılan vizual müşahidələr nəticəsində 1000-ə yaxın maral fərdinin məskunlaşdığı qeydə alınıb".
A.Babayeva qeyd edib ki, monitorinqlər zamanı Qafqaz maralı ilə birgə digər nadir növlərin - Dağıstan turu, Qonur ayı və köpgərin də populyasiyalarının dayanıqlılığı, fərdlərin sayında artım dinamikası müşahidə edilib ki, bu da qoruq ərazisində mühafizə işinin yüksək səviyyədə yerinə yetirilməsinin nəticəsidir.
4 May 23:15
1 029
4 May 18:02
1 225
4 May 15:14
1 267