
Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.
Zəlzələ yerli vaxtla saat 19.24-də qeydə alınıb. 3,6 maqnitudalı zəlzələnin episentri 24 km. dərinlikdə olub.
Məlumata əsasən, zəlzələ hiss olunub.