15:49
427
ABŞ-nin “Atlanta Yunayted” klubu İtaliyanın “Napoli” komandasında çıxış edən belçikalı hücumçu Romelu Lukakunu transfer etmək istəyir.
Bu barədə X sosial şəbəkəsində 232 mindən çox izləyicisi olan jurnalist Saşa Tavolyeri məlumat yayıb.
Mənbənin məlumatına görə, MLS təmsilçisi Lukaku ilə ciddi maraqlanır. Hazırda tərəflər futbolçunun şəxsi müqaviləsinin şərtləri ilə bağlı mümkün razılığı müzakirə edirlər.
Danışıqlar hələ ilkin mərhələdədir. Lukakunun özü də cari yay “Napoli”ni tərk etməyə etiraz etmir.
Qeyd edək ki, 33 yaşlı hücumçu ötən mövsüm “Napoli”nin heyətində 7 oyunda iştirak edib və 1 qol vurub. Transfermarkt portalı onun transfer dəyərini 6 milyon avro qiymətləndirir.
13:17
539
12:45
644
1 Avqust 21:20
742