İndoneziyada bərədə yanğın: Ölənlər və itkin düşənlər var Dünya

İndoneziyada bərədə yanğın: Ölənlər və itkin düşənlər var

İndoneziyanın Madura adası sahillərində bərədə baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb, 40-dan çox insan itkin düşüb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, hadisə zamanı bərənin göyərtəsində sərnişinlər və ekipaj üzvləri daxil olmaqla ümumilikdə 271 nəfər olub. Onlardan 225 nəfər xilas edilib.

Hazırda itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Yanğının başvermə səbəbi hələlik müəyyən edilməyib.