ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq Gündəm

ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq

Avqustun 3-dən etibarən ABŞ 50 ölkənin vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsi zamanı 20 min ABŞ dollarına qədər viza girovunu daimi əsasda tətbiq edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bildirişdə deyilir.

Qeyd olunub ki, ABŞ 2025-ci ilin avqustunda pilot proqram çərçivəsində bəzi ölkələrin vətəndaşlarından ABŞ ərazisini vaxtında tərk etmələrini təmin etmək məqsədilə 5 min dollardan 15 min dollara qədər viza girovu tələb etməyə başlamışdı. Həmin proqrama 50 ölkə, o cümlədən 30 Afrika dövləti daxil edilmişdi.

Yeni qərara əsasən, 20 avqust 2025-ci il tarixli müvəqqəti proqram daimi xarakter alacaq.

Bildirişdə qeyd olunur ki, konsulluq əməkdaşları B-1 (işgüzar səfər) və B-2 (turizm) kateqoriyaları üzrə qeyri-immiqrasiya vizası üçün müraciət edən şəxslərdən vizanın verilməsi şərti kimi 20 min ABŞ dollarınadək girov tələb edə bilərlər.