Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb İdman

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC-də qələbə qazanıb.

36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini qazanıb.

“UFC Belgrade” adı ilə keçirilən turnirin əsas döyüşündə serbiyalı Uroş Mediç amerikalı Daniel Rodrigeslə qarşılaşacaq. Yarış Belgrade Arenada təşkil olunur.