17:50
616
ABŞ-nin Vaşinqton ştatının Spokan şəhərində sürətlə yayılan meşə yanğınları səbəbindən minlərlə ailə üçün təxliyə qərarı verilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Səlahiyyətli şəxslər davam edən yanğınlar fonunda ştatda fövqəladə vəziyyət elan ediblər. Vaşinqton Milli Qvardiyası yanğınların söndürülməsi ilə məşğul olan fövqəladə xidmət briqadalarına dəstək vermək üçün əraziyə şəxsi heyət cəlb edib.
Rəsmilərin bildirdiyinə görə, təbii fəlakət nəticəsində 13 mindən çox təsərrüfat işıqsız qalıb, 5 minə yaxın tikili isə birbaşa təhlükə altındadır. Ştat ərazisində azı 10 böyük meşə yanğını ilə mübarizə aparıldığıvə ilin başlanğıcından bəri 425 min akrdan çox sahənin yandığı diqqətə çatdırılıb.
Məryəm Quliyeva