Xarkov yaxınlığında poçt terminalı vurulub, ölən var Dünya

Xarkov yaxınlığında poçt terminalı vurulub, ölən var

Xarkov şəhərinin ətrafına endirilən zərbə nəticəsində bir nəfər həlak olub, poçt terminalında və yük avtomobillərində yanğın baş verib.

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, düşmənin Xarkov ətrafına endirdiyi zərbə nəticəsində poçt terminalının avadanlıqları, konteynerlər və yük avtomobilləri alovlanıb. İlkin məlumata əsasən, xəsarət alanların olmadığı bildirilsə də, sonradan bir nəfərin həlak olduğu təsdiqlənib.

Sinequbov qeyd edib ki, yanğın lokallaşdırılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları, həkimlər və xilasedicilər ərazidə mümkün zərərçəkənlərin müəyyən edilməsi üçün yoxlamaları davam etdirirlər. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, bundan əvvəl Rusiya ordusunun Xarkov vilayətinə endirdiyi digər zərbələr nəticəsində 10 nəfərin, o cümlədən üç azyaşlının yaralandığı, mülki infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilmişdi.