FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün maarifləndirmə tədbiri keçirdi Cəmiyyət

FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün maarifləndirmə tədbiri keçirdi

Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq FHN-in Bakı Regional Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Mudafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirin əsas məqsədi əlilliyi olan şəxslər və onlara qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbir zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

Mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində nümayiş olunan qəza-xilasetmə vasitələri isə iştirakçıların böyük marağına səbəb olub.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial