Aİ Seuta böhranı ilə bağlı daxili işlər nazirlərinin təcili videokonfransını çağırıb Dünya

Aİ Seuta böhranı ilə bağlı daxili işlər nazirlərinin təcili videokonfransını çağırıb

Avropa İttifaqı Şimali Afrika sahillərində yerləşən İspaniyanın Seuta muxtar şəhərindəki miqrant böhranını müzakirə etmək üçün avqustun 4-də daxili işlər nazirlərinin videokonfransını çağırıb.

Bu barədə Aİ-dən məlumat verilib.

"Seutadakı vəziyyətin nəticələrini müzakirə etmək üçün AB daxili işlər nazirlərinin təcili videokonfransı avqustun 4-də keçiriləcək", - deyə mənbə bildirib.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bu təşəbbüsü dəstəklədiyini bildirmişdi.