Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatını 16-cı pillədə başa vurdu İdman

Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatını 16-cı pillədə başa vurdu

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda sonuncu oyununu keçirib.

Yığma 15-16-cı yerlər uğrunda görüşdə İslandiya seçməsinə 73:91 hesabı ilə məğlub olub.

Beləliklə, komanda Avropa çempionatını 22 komanda arasında 16-cı olaraq tamamlayıb.